"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Maynts 05”in idman direktoru Ruven Şröder püşkü dəyərləndirib. Fanat.Az xəbər verir ki, alman klubunun rəsmisi "Qəbələ"ni "müəmma" adlandırıb:
Çox çətin qrupa düşməmişik. “Anderlext” və “Sent-Etyen” üçün münasib qrup olduğunu düşünürəm. İlk baxışdan “Sent-Etyen” və “Anderlext”in qrupun favoriti olduğunu düşünmək olar. Amma bizim də yaxşı şansımız var. Hamımız üçün əsas müəmma “Qəbələ” olacaq. İndidən proqnoz vermək çətindi. Təbii ki, “Qəbələ”ni də siyahıdan silmək olmaz".
Qeyd edək ki, C qrupuna düşən "Qəbələ" Almaniyanın "Maynts 05", Belçikanın “Anderlext” və Fransanın “Sent-Etyen” klubları ilə mübarizə aparacaq.
Fanat.Az