"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi təyin edilib.
Syominin rəhbərliyi altında "Lokomotiv" ilk oyununu Krasnodarın eyni adlı komandasına qarşı keçirəcək.
Qeyd edək ki, Yuri Syomin 1986-1990, 1992-2005 və 2009-2010-cu illərdə də "dəmiryolçular"ın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Lokomotiv" 2002 və 2004-cü illərdə iki dəfə Rusiya çempionu olub, 4 dəfə gümüş, 2 dəfə bürünc medalları qazanıb, 5 dəfə ölkə kubokuna, 2 dəfə Super Kubokuna sahib çıxıb.
Syomin 2014/15 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Sonradan o, Rusiyanın "Mordoviya" və "Anji" komandalarında çalışıb.
Fanat.Az