Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"la "Qəbələ"nin nə qədər əldə etdiyi məbləğ müəyyənləşib. Fanat.Az xəbər verir ki, həriki klub təkcə qrup mərhələsinə çıxamaqla UEFA-dan 2,6 milyon avro gəlir götürəcək.
Amma onların bu məbləği artırmaq şansı da var. Belə ki, qrup mərhələsində hər qələbə klublarımıza əlavə 360 min, heç-heçə 120 min avro qazandıracaq.
Daha böyük uğurlar qazanacaqları halda, "Qarabağ"la "Qəbələ"nin öz büdcəsini bir qədər də artırmaq imkanı var:
Qrup qalibi olacaq komanda əlavə 600 min avro qazanacaq
Qrup ikincisi olacaq komanda 300 min avro qazanacaq
1/16 finalın hər iştirakçısı 500 min avro qazanacaq
1/8 finalın hər iştirakçısı 750 min avro qazanacaq
1/4 finalın hər iştirakçısı 1 milyon avro qazanacaq
1/2 finalın hər iştirakçısı 1,6 milyon avro qazanacaq
Finalda qalib gələcək komanda 6,5, finalda uduzan isə 3,5 milyon avro qazanacaq.
Fanat.Az