14:05 29.08.2016 707

"Neftçi"də "yorğan davası" - SOCAR 1 həftə vaxt verdi

"Neftçi"nin başı üzərini yenə "qara buludlar" alıb. Yeni rəhbərliyin gəlişindən sonra "bataqlıq"dan qurtula bilməyən "ağ-qaralar"ın uğursuzluğu davam edir. Ötən mövsümün yekunlarına əsasən güc-bəla ilə Avropa Liqasına qatılan komandanın turnirdə bir mərhələ keçməsi azmış kimi çempionata da uğursuz başlayıblar. İlk turda "yeməyə çörək tapmayan" AZAL-a qalib gələn komanda ardınca "Zirə" və "Qarabağ"a uduzub, hələ üstəlik Ağdam klubundan 3 cavabsız qol buraxıb.

Təbii ki, bütün bunlar narazılıqlarla müşayət olunur. Mətbuatın tənqidləri bir yana, azarkeşlər rəhbərlikdən hesabat tələb edir, onları istefaya çağırır. Fanatlara cavab verməyə söz tapmayan rəhbərlik isə soyuqda-qarda komandanın ardınca sürünən fanatlardan polisə şikayət etməklə özlərini daha da gülünc vəziyyətə salır. Durum isə günü-gündən pisləşir, komandada olduğu kimi rəhbərliyin də başı üzərini "qara buludlar" alır...

Məlumat verildiyi kimi, şənbə günü “Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib. Klubun yaydığı qısa açıqlamada bildirilir ki, 5 saata yaxın (!) davam etmiş iclasda bir sıra məsələlər müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı yekun qərarlar Müşahidə Şurasının gələn həftə keçiriləcək növbəti iclasından sonra ictimaiyyətə açıqlanacaq. Bilərəkdən mətbuata sızdırılan məlumatlar isə ictimaiyyətin və mətbuatın diqqətini bu sorğu-sualdan yayındırmaqdı. Gün kimi aydındır ki, bu toplantının əsas mövzusu Vəli Qasımov olmayıb.

Bəs 5 saat ərzində şura üzvləri hansı məsələləri müzarəkirə edib? Klub konkret açıqlama verməsə də, müzakirə olunan məsələlər bəllidi. Bir neçə gün əvvəl "Neftçi"də baş verənlərlə bağlı geniş yazı dərc etmiş, uğursuzluqların səbəbləri və səbəbkarlarını tapmaq üçün sponsora - SOCAR-a ipuclarını vermişdik. Görünür bu yazının da SOCAR rəhbərliyinin hərəkətə keçməsində rolu olub.

Əldə etdiyimiz məlumata görə, SOCAR "Neftçi" rəhbərliyindən xərclənən pulların hesabatını istəyir. Şirkət rəhbərliyi deyir ki, "normal büdcə ayrılıb, istədiyiniz transferlər edilib, bəs uğursuzluğun səbəbi və səbəbkarı kimdi?" Amma təbii ki, "Neftçi" rəhbərliyi bu suala cavab verə bilmir. Dalana dirənən rəhbərlik SOCAR qarşısında, transfer olunan futbolçuların aşağı səviyyədə olmasını, digər klubların "Neftçi"dən qat-qat ucuz, həm də daha səviyyəli transefrəlirini müqayisə etməyə söz tapmır. 

Sualın ünvanlandığı ilk hədəf Çiniz Abdullayevdi ki, Xalq yazıçısı haqlı olaraq yaxasını kənara çəkir. "Mənim futboldan başım çıxmır, Elnur Məmmədovun rəyi əsasında hesabat verirəm" deyir. Elnur Məmmədov Vəli Qasımova işarə edir. Baş məşqçi isə klubun menecerlərini günahlandırır. Beləliklə, 4-5 nəfərin arasında ötür-ötür oyunu davam edir...

Amma SOCAR bu dəfə daha qərarlıdı. Günahkar tapılmalı və "Neftçi"nin dərdinə əlac edilməlidi. Ortada ən azı "Qəbələ" nümunəsi var. Ucuz qiymətə transfer olunan keyfiyyətli legionerlərin sayəsində bu gün Avropa Liqasının qrup mərhələsində oynayan "qırmızı-qaralardan" fərqli olaraq 80 yaşını qeyd etməyə hazırlaşan "Neftçi" AZAL üzərində qələbəni "böyük uğur" kimi sponsora sırımaq istəyir. Yəqin ki, AFFA və SOCAR prezidenti Rövnəq Abdullayev bu barədə "Qəbələ" - "Maribor" matçını birlikdə izlədiyi Kəmaləddin Heydərovla da müzakirə aparıb və uğurun sirrlərini "qırmızı-qaralar"ın birinci şəxsinin dilindən eşidib. Bir sözlə, artıq "bıçaq sümüyə dirənib" və SOCAR konkret səbəb tələb edir.

Əldə etdiyimiz məlumata görə, "Neftçi" Müşahidə Şurasının "yekun qərarı" gələn həftəyə saxlamasının səbəbi də budu. Belə ki, sponspor kluba bir həftə vaxt verib. Bir həftənin tamamında "Neftçi" rəhbərliyi "günah keçisi"ni təqdim etməlidi. Onun kim olacağını isə zaman göstərəcək. Ya Vəli Qasımov baş məşqçi postundan azad edilib köhnə işinə - idman direktoru vəzifəsinə qaytarılacaq, ya menecerlik işi ilə məşğul olanlar (əslində "Neftçi"nin bütün yeni transferlərinin Elnur Məmmədov - Vəli Qasımov işbirliyinin meyvəsi olduğunu hamımız bilirik) qovulacaq, bəlkə legionerlərdən bir-ikisini yola salıb, özlərini təmizə çıxarmağa çalışacaqlar. Amma...

Yuxarıda qeyd etdiymiz kimi, SOCAR bu dəfə daha qərarlıdı və "asan yem"lə kifayətlənməyəcək. İndiyədək uğursuzluq zamanı baş məşqçi və ya hansısa idarəçi "günah keçisi" elan edilirdisə və sponsor bununla razılaşırdısa, bu dəfə belə olmayacaq. Artıq şirkət klub rəhbərliyinin qarşısına konkret şərt qoyub: uğursuzluğun səbəbləri və səbəbkarları dindirilsin! 

Bundan əlavə "pul yoxdu, SOCAR vermir" kimi bəhanələrin klubun daxilindən bilərəkdən mətbuata sızdırılması da neft şirkətinə məlumdu. Görünən odur ki, bu tip məqsədli informasiya sızıntıları ilə yanaşı ümumi və transfer xərclərinin dəqiq hesabatı verilməsə, bu dəyirman çox su aparacaq.

Elə ona görə də bu həftə "Neftçi"nin taleyi və gələcəyi baxımdan çox önəli olacaq. Veriləcək qərarlar ya "ağ-qaralar"ı qara günlərdən xilas edib, hər şeyin şəffaf olduğu gələcəyə aparacaq, ya da bir-iki nəfəri qovub, "köhnə hamam, köhnə tas" siyasətini davam etdirəcəklər. Yaxın müddətdə sponsor tərəfindən klub rəhbərliyində dəyişikliklər də istisna olunmur.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X