Azərbaycan Premyer Liqasında oynayan ən dəyərli azərbaycanlı futbolçular müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Transfermarkt" futbolçuların transfer dəyərini yeniləyib.
Hazırda ən bahalı futbolçumuz Qara Qarayevdi. "Qarabağ"ın və milli komandamızın üzvünə 500 min avro qiymət qoyulub.
Onu "Qarabağ"dakı komanda yoldaşı Bədavi Hüseynov izləyir. Müdafiəçinin transfer qiyməti 450 min avrodu.
№ | Futbolçu (klub) | Dəyəri (avro) |
1 | Qara Qarayev (Qarabağ) | 500.000 |
2 | Bədavi Hüseynov (Qarabağ) | 450.000 |
3 | Vaqif Cavadov (Sumqayıt) | 400.000 |
4 | Ruslan Abışov (İnter) | 400.000 |
5 | Arif Daşdəmirov (Qarabağ) | 400.000 |
6 | Məhəmməd Mirzəbəyov (Qəbələ) | 400.000 |
7 | Araz Abdullayev (Neftçi) | 400.000 |
8 | Səlahət Ağayev (İnter) | 400.000 |
9 | Coşqun Diniyev (Qarabağ) | 400.000 |
10 | Vüqar Nadirov (Qarabağ) | 350.000 |
11 | Elvin Məmmədov (Zirə) | 350.000 |
12 | Rahid Əmirquliyev (Qarabağ) | 350.000 |
13 | Cavid İmamverdiyev (Neftçi) | 350.000 |
14 | Maksim Medvedev (Qarabağ) | 350.000 |
15 | Rəşad Eyyubov (Qəbələ) | 350.000 |
16 | Cavid Tağıyev (Qarabağ) | 350.000 |
Fanat.Az