"Qəbələ" isveçli futbolçu transfer etmək istəyir. Fanat.Az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, "qırmızı-qaralar" "Erebru"nun yarımmüdafiəçisi Martin Broberqə elçi düşüb. İsveç klubu 26 yaşlı futbolçu üçün 2-3 milyon İsveç kronu (bu günkü məzənnə ilə 383000-574500 manat) istəyib. Klublar transfer haqqında razılığa gələ bilməyib.
Qeyd edək ki, tam adı Erik Martin Broberq olan futbolçu 2015-ci ildən "Erebru"da çıxış edir (32 oyun, 12 qol). O, əvvəllər İsveçin "Deqerfors" və "Durqardens" klublarında forma geyinib.
Fanat.Az