Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olan "Qəbələ" bir yoxlama oyunu keçirəcək. Fanat.Az xəbər verir ki, artıq "qırmızı-qaralar"ın rəqibi müəyyənləşib.
Baş məşqçi Roman Qriqorçuk yetirmələrini Moldovanın "Dinamo-Avto" klubu ilə oyunda sınayacaq. Qarşılaşma sentyabrın 4-də baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Ukraynaya bu gün yollanacaq və sentyabrın 7-dək orda qalacaq.
Fanat.Az