Yeni yaradılan "Səbail" klubunun Müşahidə Şurasının iclası keçirilib. Fanat.Az xəbər verir ki, iclasda şuraya yeni sədr seçilib.
Bu Müşahidə Şurasının sədri Rəşad Abdullayev olub. Şuranın əvvəlki rəhbəri Yusif Həsənov isə icraçı direktor vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Rəşad Abdullayev AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğludu.
Fanat.Az