"DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Estoniyanı qəbul edən Bosniya və Hersoqovina millisi böyük hesablı qələbəyə sevinib.
Fanat.Az xəbər verir ki, görüş 5:0 hesabıyla yekunlaşıb. Meydan sahiblərinin heyətində Dzeko, İbiseviç, Medunjanıin hərəyə bir dəfə fərqləniblər. Emir Spahiç isə dubl müəllifi olub.
Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç oyunu ehtiyat oyunçular skamyasından izləyib. “Qəbələ”nin hücumçusu Sergey Zenyov isə Estoniya millisinin heyətində olub. Matça start 11-liyində başlayan “Qəbələ”li 71 dəqiqə meydanda olsa da, komandasının darmadağın olmasına əngəl ola bilməyib.
Fanat.Az