Futbol üzrə I Divizionda yeni qəbul olunmuş limit 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Fanat.Az xəbər verir ki, buna PFL-in AFFA-ya müraciəti səbəb olub.
Belə ki, Peşəkar Futbol Liqasının müraciətinə əsasən, I divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il təvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq. Dünən verilmiş 2+4+5 sistemi mövsümün ikinci yarısından etibarlı olacaq.
Fanat.Az