Sentyabrın 15-dən 20-ə qədər Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak edəcək 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, yığmamız sentyabrın 8-dən etibarən Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.
Toplanışa 18 futbolçu dəvət olunub: Günay İsmayılova (“Fidan”), Nigar Abdulova (“Təhsil”), Leyli Qurbanova (“Zaqatala”), Arzu Əliyeva (“Təhsil”), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya), Gülər Hənifəyeva (“Neftçi”), Dilgə Uyğun (“Frankfurt”, Almaniya), Vüsalə Hacıyeva (“Təhsil”), Manə Mollayeva (“Qəbələ”), Merve Özdemir (“Ayntraxt”, Almaniya), Hatice Özdemir (“Montabaur”, Almaniya), Alina Mixaelis (“Ayntraxt”, Frankfurt, Almaniya), Firəngiz Teymurova (“Təhsil”), Çağla Miray Kanpara (“Herta”, Almaniya), Roza Quliyeva (“Fidan”), Kristina Bakarandze (“Neftçi”), Nərmin İsmayılova (“Təhsil”), Aygün Qurbanzadə (“Neftçi”).
Fanat.Az