I divizionda 2016/17 mövsümünə start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
"Şəmkir" evdə "Şərurspor"u 3:2, "Turan Tovuz" səfərdə "Rəvan"ı 2:0 hesabı ilə yenib. "Zaqatala" - "Şahdağ" matçı 2:2, "Bakılı" - "Ağsu" görüşü 0:0 hesabı ilə yekunlaşıb.
Tura bu gün keçirilən 3 matçla yekun vurulub. Hər 3 qarşılaşma darmadağınla yekunlaşıb. Belə k, debütant "Səbail" səfərdə "Mil-Muğan"ı 3:0 hesabı ilə yenib. "Qaradağ Lökbatan" "Göyəzən"i 5:0 hesabı ilə udub. MOİK isə "Energetik"i 6 cavabsız qola qonaq edib.
I divizion
2016/17 mövsümü
I dövrə, I tur
7 sentyabr
Bakılı - Ağsu 0:0
Zaqatala - Şahdağ 2:2
Qollar: Arzuman Nəsibov, 41. Oruc Balaşlı, 78-pen - Ramil Mansurov, 18. Viqar Əlibabayev, 86.
Rəvan - Turan Tovuz 0:2
Qolar: Elmin Çobanov, 16. Rəhman Musayev, 41.
Şəmkir - Şərurspor 3:2
Qollar: Ruslan Voronsov, 22. Şahin Kərimov, 35; 82 - Fərmayıl Əliyev, 39. Coşqun Süleymanov, 58.
8 sentyabr
Mil Muğan - Səbail 0:3
Qollar: Bəxtiyar Məsiməliyev, 54; 83. Orxan Səfiyaroğlu, 77.
Qaradağ Lökbatan - Göyəzən 5:0
Qollan: Tanrıverdi Məhərrəmli, 25-pen. Rüfət Məmmədov, 35. Aydın Qasımov, 73. Əliqulu Mənəfov, 79. Məhəmməd Alıyev, 90+1.
MOİK - Energetik 6:0
Qollar: Məhəmməd Bədəlbəyli, 14; 16; 60. Elvin Həsənəliyev, 37. Bayram Kərimov, 42. Qərib İbrahimov, 85.
Fanat.Az