Məlum olduğu kimi, bu gün Azərbaycan Premyer Liqasının lV turunda "Neftçi" "Qəbələ"ni qəbul edəcək. Futbol11.az xəbər verir ki, qarşılaşmadan öncə bakılıların baş məşqçisi Vəli Qasımovun səhhətində problemlər yaranması və bu səbəbdən xəstəxanaya yerləşdirilməsi şübhələrə səbəb oldu.
Çünki daha öncədən "Neftçi" fanatlarının Qasımovu "Qəbələ"ilə oyunda 90 dəqiqə ərzində istefaya səsləyəcəyi məlum idi. Buna görə də, Qasımovun xəstəxanaya "yerləşdirilməsi" düşünülmüş addım da ola bilər. Ancaq az öncə Vəli bəyin səhəttinə görə istefaya göndərildiyi xəbərini aldıq.
Amma istənilən halda bu, məsələ barədə araşdırmanı dayandırmaq üçün yetərli deyil. Çünki belə həssas məsələ ilə azarkeşləri və futbol ictimaiyyətini aldatmaq yolverilməzdir.
Odur ki, Vəli bəyin ötən gecə yerləşdirildiyi deyilən "HB Güven" kilinikasına yollandıq.
Qarşılaşdığımız mənzərə isə bizi heç də təəccübləndirmədi. Adətən xəstənin yanına gələn ziyarətçi ilk növbədə maraqlandığı şəxsin neçə nömrəli palatada yadığını öyrənir. Elə biz də belə etdik. Ancaq qəbul şöbəsində dayanan şəxslər əvvəcədən təlimatlandırılıb. Onlar əməkdaşımıza heç cür Qasımovun hansı palatada yatdığını demədilər. Cavab olaraq bildirdilər ki, bizə heç kimə məlumat verməyin deyiblər. "Bəs, necə inanaq ki, Qasımov həqiqətən də buradadı" sualı isə xəstəxana işçiləri üçün əsl şok effekti yaratdı. Bu zaman isə məsələyə mühafizə xidmətinin əməkdaşları müdaxilə etdi.
Əmıkdaşımızın israrından sonra qəbul şöbəsində işləuən xanım xəstələrin siyahısının qeyd olunduğu kitabçaya baxmaq istəsə də, mühafizəçi buna mane oldu və xanıma gözünü ağartdı.
Görünür, "Neftçi" tərəfi öz tanışları olan və sözdə Qasımovun səhhətinə cavabdeh olan həkim Şaiq Zöhrablını yaxşıca təlimatlandırıblar. Yəqin ki, bunu qarşılığında Zöhrablının xəcalətindən çıxmalı olacaqlar.
Hər halda biz Vəli Qasımovun sözügedən klinikada olmasına dair sübut tapmadıq. Bundan sonra isə Qasımovun "xəstə yatağına" yatırdıb, onun şəklini mətbuata ötürmək isə şübhələri aradan qaldırmayacaq. Bu, bir insan səhhətini ortaya atıb, həssas məsələ ilə xalqı aldatmaqdan başqa bir şey deyil.
Onu da öyrəndik ki, Şahiq Zöhrablı "HB Güven" klinikasında işləmir. O, "Neftçi"nin öz həkimidir. Heç Şaiq bəy gecə Vəli Qasımovun klinikaya "yerləşdirildiyi" vaxt burada olmayıb.
Klinikadan ayrıldığımız vaxt isə qəbul şöbəsinin işləyənlərin növbə təhvili vaxtına təsadüf etdi. Bu zaman ağ xalatlı xanımlar həmkarlarına əməkdaşımıza baxa-baxa pıçıldadılar. Həmkarı xanımları başa düşməyincə, qəbul şöbəsinin işçiləri bir daha həmkarımıza baxıb gülümsədilər. Çətin də olsa başa saldılar ki, kim soruşsa, denən Vəli Qasımov adlı "xəstə" burada yatır, amma başqa məlumat verilmir.
Mənbə: Futbol11.az