20:43 10.09.2016 1320

"Bayramdan sonra dəyişikliklər edəcəyik" - Çingiz Abdullayev

Topaz Premyer Liqasının IV turunun “Neftçi”- “Qəbələ” matçı zamanı meydan sahiblərinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlərin suallarını cavablandırıb. 


- Nə varsa, biz rəsmi məlumat veririk, yazıblar ki, Müşahidə Şurasının bütün üzvlərini çıxarıblar. Halbuki elə şey yoxdu, çıxarda bilməzlər. Belə şayiələr nahaq yayılır. Biz istəyirik ki, yenidən baxaq görək klub necə işləyir. Baş məşqçimiz Vəli Qasımovun gecə ürəyi tutub, xəstəxanaya aparıblar. Bir jurnalist gedib xəstəxanaya guya görüb ki, Vəli Qasımov orda yoxdu. Adam lap iyrənir. Yalandan yazırlar. Gəlin mərc gələk ki, Vəli hazırda xəstəxanadadı. Əgər orda yoxdusa, mən sizə 1000 manat verməyə hazıram. Orda olsa, sən mənə 1 manat verib, hamının yanında üzr istəyəcəksən.

 

- Bu cür məlumatların yayılmasında, klubun da günahı var. Çünki klub rəsmi məlumat vermir...

- Axı nəyə görə uydururlar? Mən məgər sizdən nəyisə gizlədirəm. Nə vaxt zəng edirsiz, danışıram. Nə sualınız olsa, soruşun danışım. Özünə hörmət edən adam yalandan xəstəxanaya düşər? Bir az insafınız olsun. Bəhram Bağırzadə bu gün Vəli Qasımovun yanında palatada olub.

 

- Səhmdarlarla görüş nə vaxt olacaq?

- Səhmdarla görüş keçən ay olub. Danışmışıq, müzakirə aparmışıq ki, vəziyyəti necə düzəldək. Avqustun 27-də bizim 5 saatlıq iclasımız oldu. Biz istəyirik ki, bəzi islahatlar edək. Xaricə də müraciət etmişik ki, bəlkə, peşəkar gəlib bizə kömək etsin. Məgər biz “Neftçi”ni sevmirik? Biz də istəyirik ki, uğur qazanaq. Yalandan yazırlar ki, “Neftçi” həmişə uduzur. Axı bu, düzgün deyil. Keçən il komandanın qarşısında avrokuboklara qatılmaq və kubokun finalına çıxmaq məqsədi qoyulmuşdu. Biz kubokda “Qəbələ”ni keçib, finala adladıq. Bu, asan məsələ deyildi. Avrokuboklar uğrunda mübarizədə AZAL-ı qabaqladıq. “Neftçi” Avropada yeganə klubdu ki, 5 il ardıcıl finala çıxıb. Düzdü, finalda uduzduq, ancaq “Qarabağ” bizdən qat-qat güclü idi. Hazırda əvəzedici heyətimiz 1-ci yerdə gedir. Bunu niyə görmürsüz? Samir Əliyevi qoymadız işləməyə. Gəldi dedi ki, istefa verirəm, getdi. Əsgər Abdullayevi də işləməyə qoymadız. İndi də Vəli Qasımovu qoymursuz. Yeni məşqçini gətirsək, o da deyəcək ki, “mənə bir il imkan verin”. Axı bir oyuna görə məşqçini çxarmaqla iş həll olunmur. Nəticələrə baxılacaq, bizim məqsədimiz var ki, “Neftçi” ən azı “üçlük”də olsun. Çətin olsa da, məqsədimiz budu. İstəyərik ki, çempion olaq, ancaq reallıq budu ki, “Qarabağ” hazırda çox güclüdü. Komandamız cavan uşaqlardan qurulub. Bu gün uşaqlarla çox ciddi danışmışıq. Demişik ki, biz sizdən yaxşı oyun tələb edirik. Görsünlər ki, vuruşursuz. Belə davam etsə, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik.

 

- Ruslan Qurbanovun “Neftçi”ylə bağlı son açıqlamasına münasibətiniz necədi?

- O, Müşahidə Şurasına, şəxsən mənə öz təşəkkürünü bildirib. Sadəcə, klubda konfliktləri olub. Hamısını açıqlamaq istəmirəm. Bizdə qanun var ki, kluba gələndə, icazə alıb əşyalarını götürməliydi.

 

- Dünənki görüşdə kiminsə istefaya göndəriləcəyilə bağlı qərar qəbul olundu?

- Bizim təsisçimiz gəldi, onunla bir neçə saat danışdıq. Qərara gəldik ki, klubda çox ciddi dəyişikliklər olsun. Bayramdan sonra qərarlar qəbul edəcəyik. Adamı da Qurban bayramından qabaq işdən çıxararlar? İnsafınız olsun (gülür). Bayramdan sonra yavaş-yavaş dəyişikliklər edəcəyik.(Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

Facebookdan bizi izləməyi unutmayın.
X