"Neftçi" Azərbaycan çempionatları tarixinin ən böyükhesablı məğlubiyyətini alıb. Fanat.Az xəbər verir ki, "Qəbələ"yə 0:8 hesabı ilə uduzan "ağ-qaralar" ilk dəfə bu qədər qol buraxıb.
Bütün çempionatların iştirakçısı olmuş komanda indiyədək ən pis halda 4 top fərqi ilə məğlub olmuşdu. Belə ki, "Neftçi" 2007-ci ildə "Bakı"ya 1:5, 2014-cü ildə "İnter"ə 0:4 hesabı ilə yenilmişdi.
Fanat.Az