Natiq Muxtarlı
Yox ey, içimi yeyib qurtaracam. Vallah, adam nigarançılıqdan lap dəli ola bilər. Dünya tarixində olmayan qərarların qəbul edilməsini görmək xoşbəxtliyinə nail olmağın nə olduğunu təsəvvür edirsizsə, siz də dəli olmağa potensial namizədlərdənsiz. Çingiz Abdullayev cəmiyyətimizi kütləvi dəlilik sindromunun astanasına gətirib.
Sentyabrın 10-da Masazırda deyib ey bunu. Deyib ki, dünya tarixində olmayan qərarlar qəbul edəcəyik. “Qəbələ”ylə oyundan əvvəl deyib. Oyundan sonra neynirmiş möhtərəm yazıçı? Deyəcəm. Amma əvvəlcə sizə bir lətifə danışım.
Biri qarın ağrısından əziyyət çəkirmiş. Özünü saxlaya bilmirmiş dənə, batırırmış şalvara. Ona görə də dərman atırmış. Bir gün işə gedəndə tələsdiyindən, stolun üstündən qarın ağrı dərmanı yox, əsəbləri sakitləşdirən dərmanı götürür. Günortaya yaxın evin xanımı görür ki, kişinin “panos” dərmanı (yəni qarınağrı) evdə qalıb. Zəng edib deyir ki, a kişi, dərmanın evdə qalıb, özünü necə hiss edirsən? Kişi cavab verir ki, arvad, şalvara batırmışam, amma vecimə də deyil, elə gülürəm.
Sentyabrın 10-da Çingiz Abdullayevi Masazırda gülən görüblər. Futbol təsərrüfatı belədi ey, möhtərəm yazıçı. Burda adamı şalvara batırdıb, güldürürlər.
P.S. Bu zəhrimara qalmış qarınağrısı dərmanının adı necədi? Qarnımız ağrıyanda əlacını bilək də.
P.P.S. Dünya tarixində olmayan qərarların qəbul edilməsini görmək xoşbəxtliyinə nail olsaydıq, qarnımız-zadımız ağrımazdı bilmərrə.
komanda.az