Azərbaycanda baş məşqçi rəqib futbolçuya badalaq atdı - VİDEO
Azərbaycan I divizionunun II turunda "Səbail" və MOİK komandaları arasında keçirilən görüşdə insident yaşanıb. Hadisə oyunun 69-cu dəqiqəsində baş verib.
Meydan sahibi komandanın heyətində Bəxtiyar Məsiməliyev ikinci topu MOİK-in qapısından keçirib. "Səbail"in digər oyunçusu Xəyal Quliyev qol sevincini bölüşmək üçün rəqib komandaya məxsus texniki zonadan öz məşqçilərinin yanına qaçıb. Bu anda MOİK-in baş məşqçisi Müşviq Qənbərov Quliyevə badalaq ataraq onu yerə yıxıb.
Tərəflər arasında qısa müddətli insident yaşanıb.(sportnet.az)
Həmin epizodu 5:15 dəqiqədən sonra izləyə bilərsiniz