Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yenganə oyununda AZAL "İnter"i qəbul edib. Bir qolun vurulduğu qarşılaşmada "bankirlər" minimal hesablı qələbə qazanıb.
İkinci oyun günündə daha iki matç baş tutmalı olsa da, biri keçirilib. Belə ki, güclü yağış səbəbindən “Kəpəz” - “Qarabağ” oyunu təxirə salınıb. Qarşılaşma sabah Tovuz şəhər stadionunda keçiriləcək və saat 12.00-da başlayacaq. Günün yeganə oyununda "Zirə" və "Qəbələ" "sülh"ə razılaşıb.
Qalan iki oyun bu gün baş tutub. Dünəndən təxirə salınan "Kəpəz" - "Qarabağ" oyununda 6 qol vurulub. Qonaqların 4:2 hesablı qələbə qazandığı matçda yenidən Ağdam klubuna qayıdan Vüqar Nadirov da fərqlənib.
"Neftçi" isə ev matçında "Sumqayıt"a 1:2 hesabı ilə uduzub.
Əvəzedici heyətlər
2016/17 mövsümü
I dövrə, VI tur
23 sentyabr
AZAL - İnter
Qol: Əlibəy Məmmədli, 26.
24 sentyabr
Zirə - Qəbələ 1:1
Qollar: Muxtar Əliyev, 10-pen - Ravil Yusifli, 11.
25 sentyabr
Kəpəz - Qarabağ 2:4
Qollar: Fərid Məmmədov, 51. Şəfi Bağırov, 84 - Vüqar Nadirov, 6. Nicat Abbasov, 11. Şahin Əliyev, 20; 22.
Neftçi - Sumqayıt 1:2
Qollar: Elvin Sərkərov, 9 - Süleyman Əhmədov, 48. Nəsir Abıyev, 50-pen.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | İnter | 6 | 4 | 1 | 1 | 7:4 | 13 |
2 | Neftçi | 6 | 3 | 1 | 2 | 10:9 | 10 |
3 | Qarabağ | 6 | 3 | 1 | 2 | 10:8 | 10 |
4 | Zirə | 6 | 2 | 3 | 1 | 8:5 | 9 |
5 | Qəbələ | 5 | 2 | 2 | 1 | 10:4 | 8 |
6 | Kəpəz | 6 | 1 | 3 | 2 | 5:8 | 6 |
7 | Sumqayıt | 5 | 1 | 1 | 3 | 3:7 | 4 |
8 | AZAL | 6 | 1 | 0 | 5 | 5:13 | 3 |
Bombardirlər | Şahin Əliyev (Qarabağ) - 4. |
Fanat.Az