15:55 27.09.2016 604

Samir Abasov üçün istefa təhlükəsi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın III turundan təxirə salınmış “Qəbələ” ilə səfər matçında texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyunluq  cəzalanıb. Fanat.Az xəbər verir ki, 38 yaşlı mütəxəssis bu gün baş tutacaq “Neftçi” – “Sumqayıt” matçını tribunadan izləməli olacaq.


Abasov yeni mövsümdə İntizam Komitəsi tərəfindən cəzalandırılan ilk baş məşqçi olsa da, texniki zonada yer almamaq baxımından “siftə”ni “Neftçi”nin sabiq baş məşqçisi Vəli Qasımov edib. O, səhhətində problem yarandığını əsas gətirərək, IV tur çərçivəsində baş tutan “Neftçi” – “Qəbələ” matçında iştirak etmədi. Lakin həmin görüşdə “ağ-qaralar” 0:8 hesabı ilə uduzması Vəli bəy komandanın “sükanı” arxasından uzaqlaşdırılması ilə nəticələndi. Necə deyərlər, Qasımov əlli-ayaqlı getdi.   


İş ondadır ki, “Sumqayıt”ın baş məşqçisi də oxşar aqibət ilə üzləşə bilər. Çünki klub rəhbərliyi ilə çalışdırıcı arasında fikir ayrılığı mövcuddur. Abasov hər məğlubiyyətdən sonra heyətin yetərsizliyindən şikayətlənir, uğursuzluğun idarəçilərin üzərilərinə düşəni edə bilməməklərindən qaynaqlandığına eyham vurur.


Məsələn, Samir bəy Premyer Liqanın IV turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri və 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra ona ünvanlanan “Legionersiz oynamaq çətin deyil” sualını bu cür cavablandırmışdı: “Nə deyəcəyimi bilmirəm. Çempionatın əvvəlində də demişəm, bu, ən vacib məsələlərdən biridir. Olmayacaq şeydən danışmaq mənasızdı. Hamı istəyər ki, əlinin altında 2-3 səviyyəli legioner olsun”.


III turdan təxirə salınmış “Qəbələ” – “Sumqayıt” matçından sonra isə Abasov daha sərt danışdı: “Siz sual verirsiniz, mən də cavablandırıram. Olanı deməyim?! Onda soruşmayın da. Deməyim səbəbləri, 10 turdan sonra deməyəcksiniz ki, ay Samir, filankəs faciədir, onun əvəzinə niyə heç kim yoxdur”? 


Təbii ki, baş məşqçinin bu tip açıqlamaları  rəhbərliyin ürəyincə ola bilməz və əminik ki, klub prezidenti Kamran Quliyev Abasova dilini dinc qoyması üçün xəbərdarlıq edəcək. Bəlkə də, artıq edib də. O da mümkündür ki, “Sumqayıt” bu gün “Neftçi”yə uduzacağı halda, Samir bəyin səsini birdəfəlik kəsməyə qərar versinlər – onu istefaya yollamaqla...


Fanat.Az 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X