08:25 28.09.2016 704

“Orda “infarkt” olursan, burda üstəlik “paralic” də vurur” - Samir Abbasov

"Əlincə Arena"da baş tutan "Neftçi" - "Sumqayıt" matçından sonra (1:2) qonaqların baş məşqçisi Samir Abasov jurnalistlərlə fikrini bölüşüb. Fanat.Az xəbər verir ki, ötən tur "Qəbələ" ilə oyunda texniki zonadan uzaqlaşdırılan və 1 oyunluq cəzalanan 38 yaşlı mütəxəssis maraqlı açıqlamalar verib.


- Qələbə qazandığımız üçün çox sevincliyəm. Bu gün məqsədimiz komanda şəkilində oynamaq idi. Ümumiyyətlə, başqa rəqib də olsaydı meydana qələbə üçün çıxacaqdıq. Nəyə görə? Çünki "Qəbələ” ilə oyundan sonra çox söz-söhbətlər oldu. Bu oyunda uduzmağımız da bizi vuranlara bir işarə olacaqdı. Düzdü, biz də haqsızlığın fərqində idik. "Qəbələ” ilə oyunu unutdurmaq, məğlubiyyətin əvəzini çıxmaq üçün oynadıq. Şükürlər olsun ki, qələbə qazandıq. Hətta, qırmızı vərəqə alsaydı da, əvvəlcədən planlaşdırdığımız kimi oynayacaqdıq. Uşaqlar bu gün əllərindən gələni etdilər, məşqçilərə qol-qanad verdilər”. 


- Samir müəllim, "bizi vuranlar var" dediniz. Kimi nəzərdə tutursunuz?


- Biz "Qəbələ” ilə oyundan sonra çox söz-söhbətlərə səbəb olduq. Söyülən də, döyülən də biz olduq. Amma öz tərəfinə fırladanlar da oldu ki, "Sumqayıt” nə oynadı, nə də qazansın? Özünüz də görürsüz, heyətimiz cavanlardan təşkil olunub. Başqa cür oynaya bilmərik. Futbolçularımız oyundan-oyuna yaxşı çıxış etməyə çalışırlar. Haqsızlıqla üzləşəndə çox pis oluruq. Mənə bir oyun cəza verən adamlara təşəkkür etmək istəyirəm. Doğrudan da, sağ olsunlar. Həmin vaxt çox əsəbi idim, haqq olunan cəzanı almışam. Məni başa düşdükləri üçün, daha ciddi cəza vermədiklərinə görə onlara təşəkkür edirəm. 

 

- Tribunadan oyunu izləmək çətin deyil?


- Tribunadan hər şeyi görə bilirsən. Ehtiyat oyunçular skamyasında infarkt olursan, tribunada isə ikiqat iflic keçirirsən. Burdan çox çətindir. Allah heç kimə göstərməsin. 

 

- Komandanın başında bir gün olmadınız və qələbə qazandınız. Bəlkə 3-4 oyun komandadan ayrı qalasınız...


- Qalaram.

 

- "Qəbələ" ilə oyundan sonra heyətin kasad olmasına görə rəhbərlikdən şikayət etmişdiniz. Həmin hadisədən sonra rəhbərliklə görüşmüsünüz?


- Necə soruşacaqsınızsa, elə də cavab verəcəyəm. Rəhbərlik üçün xoşdur ya yox, bunu bilmirəm. Amma komandada problem varsa, deməliyəm.

 

- Rail Məlikovun yeni mövqeyindəki çıxışından razı qaldınızmı?


- Railin təcrübəsi və keçən oyun Ayazın həddindən pis oynaması, bu gün məni məcbur etdi ki, Məlikovu cinahda oynadım. Onun oyunundan çox razı qaldım. Railin komandada olması, mənə bəs edir.

 

- Amil Yunanova gec-gec şans yaradırsınız...


- Görəcəksiz, oynamamağı onun xeyrinə olacaq. Sizi əmin edirəm. Onu cəzalandırmaq lazım idi. Ötən oyunlarda müəyyən qədər səhvlər etmişdi. Amil öz ab-havasında oynayır həmişə. Bəlkə də yanılıram, amma inanıram ki, yaxşı olacaq. 

 

- Düşünmürsünüz ki, Amil sizdən küsər?


- Küssə, "Sumqayıt"a çox yerdən su gəlir, verərik içər gedər (gülür).


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

Facebookdan bizi izləməyi unutmayın.
X