19:01 28.09.2016 560

"Biz bunu bilərəkdən etmirik" - Roman Qriqorçuk

"İki oyunçumuz - Teo Uiks və Nika Kvekveskili "Maynts"a qarşı oynamayacaq. Çatışmayan təkcə bu iki futbolçudur. Komandada əminlik var. Şanslarımızdan bacardığımız qədər istifadə etməyə çalışacağıq". 


Bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının C qrupunda Almaniya "Maynts"ı ilə keçiriləcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.


Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:


- Meydanın mərkəzindəki boşluqlardan söz açdınız. Bu boşluqları necə dolduracaqsınız? Franyiç işinizə yarayacaq?

- Rafa bizim vacib oyunçularımızdandır. Alternativ variantlarımız var. Amma Franyiç mərkəz yarımmüdafiəçisi deyil. O cinah yarımmüdafiəçisidir və mövqeyində işləri qaydasındadır. Ümid edirəm ki, o, komandaya uyğunlaşıb və bizə kömək etməyi bacaracaq.


- "Maynts" digər rəqiblərinizlə müqayisədə daha elitar çempionatın təmsilçisidir və Avropada sonadək mübarizə aparan ölkədən gəlir. Bu fikirlərlə razısınız?

- Biz hələ kimisə kiminləsə müqayisə edə bilmərik. Təbii ki, güclü komandadır. Düşünmürəm ki, onlar bizə qarşı ikinci heyətlə çıxış etsinlər. Ötən il də "Borussiya" bizə qarşı hər iki oyunda əsas heyətlə oynadı. Bizim şanslarımız var və bundan istifadə etməyə çalışacağıq.


- Rəqibin üstün tərəfləri haqda nə deyə bilərsiniz?

- Komandanın fiziki gücü dərhal gözə çarpır. Cəld və sürətlidirlər, üstəlik, uzun ötürmələrdən istifadə edirlər. Sürətli əks hücumlara çıxırlar. Onları saxlamaq olduqca çətin olacaq. Qısa yolla rəqib qapısına yol tapmağa çalışıram. Təbii ki, davam edə bilərəm, amma düşünürəm bu qədər kifayət edər.


- Yağışlı havada yeni ot örtüyünün vəziyyəti yaxşı olmayacaq. Bu şəraitə uyğun taktika dəyişikliyi gözlənilir?

- Meydança yenidir. Bu səbəbdən indidən nəsə demək çətindir. Belə uzunmüddətli yağıntıya görə dəyişiklik ola bilər. Ola bilər ki, hücumda müəyyən dəyişikliklər olsun.


- "Qəbələ"ni təhlil etdikdə ölkə çempionatında daha çox topa sahib olan, amma Avropa Liqasında müdafiə olunan komanda imici yaradır...

- Düşünməyin ki, biz bunu bilərəkdən etmirik. Fələsəfəmiz hücumdur. Amma Avropa Liqasında rəqiblər Premyer Liqa ilə müqayisədə daha güclüdür və bu səbəbdən istədiyimiz qədər hücum edə bilmirik. Ancaq yenə də rəqibin kimliyindən asılı olmayaraq hücum futboluna üstünlük veririk.


- "Maynts"ın oyunçuları arasında bəyəndiyiniz və xüsusilə qeyd etmək istədiyiniz oyunçular var?

- Ayrılıqda hansısa oyunçunu qeyd etmək istəmərəm. Rəqibin bütün oyunçuları güclü, sürətli, keyfiyyətli, ağıllı və fiziki güclüdür.


- Son zamanlar Baqali Dabonun ayağı açılıb. Sabahkı oyunda da demək olar əsas qol ümidi Dabo olacaq. "Maynts"la oyunda rəqibin Dabonu xüsusi nəzarətdə saxlayacağını gözləyirsiniz?

- Düşünmürəm ki, rəqib Daboya qarşı xüsusi hazırlıq qursun. Futbolçunun özünə veriləcək tapşırıq isə rəqibi analiz edərkən deyilib. Boşluqlar göstərilib, düşünürəm ki, Dabo bundan istifadə edə biləcək.(report)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X