14:12 30.09.2016 991

Çingiz Abdullayev - Özünü hədəfə çevirən adam


Çingiz Abdullayev dünya səviyyəsində tanınan bir yazıçıdır. Müxtəlif dillərə nəşr olunan əsərlərinin  motivləri əsasında filmlər çəkilib. Lakin ölkəmizdə kitab oxumağa meyl edənlərin sayı az olduğundan, sadə camaat onu daha çox tənqidi çıxışları ilə tanıyıb.  Ziyalı kimi hər zaman öz mövqeyini ortaya qoyub, problemləri dilə gətirməkdən çəkinməyib.


İş elə gətirib ki, indi Abdullayevin özü tənqid hədəfindədir. “Neftçi”nin Müşahidə Şurasına sədr seçiləndən bəri, tərif yox, neqativ sözlər eşidir. Bu isə onun adət etmədiyi bir durumdu. Bu səbəbdən də zamanla ona ünvanlanan haqlı və ya haqsız tənqidlərə qarşı dözümsüzlük nümayiş etdirir.


Bəs, Çingiz Abdullayevi kim hədəf halına gətirdi?


Səbəblər müxtəlif olsa da, səbəbkar birdir – Çingiz bəy özü özünü hədəfə çevirən adamdır.


Abdullayev zəngin həyat təcrübəsinə malik insandır. Onun kimi bir şəxsə futbol klubunu idarə etmək üçün idmanın bu növü barəsində yüksək biliklərə sahib olmasına gərək yoxdur. Lakin fikrimcə, yazıçı vəziyyəti düzgün qiymətləndirmədiyi üçün özünü çətinə salıb.


Onu kəməndə salan 3 əsas məqam var:


1.       Abdullayevin nüfuzu.Tanınmış bir sima olması onu həmişə diqqət mərkəzində saxlayır. Sıradan bir vəzifə sahibi olsaydı, kimsənin yadına düşməzdi. Örnəyi, Muxtar Babayev. “Sumqayıt” klubunda Müşahidə Şurasının sədridir. “Gənclik şəhəri” təmsilçisi daima elitada qalmaq uğrunda mübarizə aparsa da, Babayevə gözün üstə qaşın var deyirlərmi? Xeyr!


2.       Yazıçının “Neftçi”nin oyunlarına gəlməsi. Bu, müsbət halda. Lakin digər klublarda Müşahidə Şurasında yer alanların əksəriyyətini bir dəfə də olsun stadionda görməmişik. Oyuna gəlirsənsə, təbii ki, uğursuzluq olacağı halda diqqət mərkəzinə düşəcəksən.


3.        Əsas və həlledici səbəb – Çingiz bəyin əlini daşın altına qoyaraq, məsuliyyəti öz üzərinə götürməsi.


Müşahidə Şurası ideyasının müəllifi Elxan Məmmədov bir neçə gün öncə bildirdi ki, Müşahidə Şurası AFFA tərəfindən tövsiyə olunub, məqsəd də müşahidə etməkdi, icra işlərinə qarışmaq yox.  AFFA-nın baş katibi “Neftçi”də isə Müşahidə Şurası bir az icraçı şurası kimi alındı, məncə, burda balans pozuldu” söyləməklə, barmağını məhz Abdullayevə tuşlayır, onun “şəffaflıq yaratmaq və qlobal işlərə qarışmamaq”  çərçivəsindən kənara çıxdığına eyham vurur.


Elxan bəy haqlıdır. Cari mövsümdəki uğursuzluqdan sonra “Neftçi”nin Müşahidə Şurasının bəyanat yayaraq yaxalarını kənara çəkməklə iş bitmir. Çingiz bəy və ətrafı ötən çempionatda komanda AZAL-a məğlub olandan sonra proseslərə birbaşa müdaxilə etdilər, öncə Samir Əliyevi, daha sonra isə Əsgər Abdullayevi istefaya yolladılar.


Futbol klubunda söz sahibi olan adam hər zaman bir məqamı əsas götürməldir: nəticə! Baza tikə bilərsən, Akademiya qurub, infrastrukturu yeniləyərsən, şəffaflıq da təmin edərsən, amma komanda məğlubiyyətləri sıralayacaqsa, görülən işlərin dəyəri sıfırdır. Kimsənin gözə görünməz. Azarkeşi, futbol ictimaiyyətini, məsələn, “Neftçi”nin yeni bazasının neçə mərtəbəli olması deyil, “Sumqayıt”ı udub-udmaması maraqlandırır.


Qeyd etdiyim ki, artıq “bizim işimiz müşahidə etməkdir” deməyin anlamı yoxdur. Əlinizi daşın altına çoxdan qoymusunuz. İndi ya yükü qaldıracaqsınız, ya da...


İndiki durumda Çingiz bəyin sədrlik etdiyi Müşahidə Şurasının bu sınaqdan üzüağ çıxacağı inandırıcı görünmür. Çünki insanları “Neftçi”nin yeni bazasının neçə mərtəbəli olması maraqlandırmadığı kimi, klubun büdcəsinin dəfələrlə azalması da onlar üçün heç bir önəm daşımır. “Neftçi”nin ad sanı var və kütlə 80 yaşlı klubdan çempionluq, uğurlu nəticələr istəyir. Bunun üçün isə “Qarabağ” və “Qəbələ” kimi klublarla başabaş mübarizə aparmalısan. Mövcud büdcə ilə bu mümkündürmü? Xeyr!


Qışda və ya yay fasiləsində heyəti yeniləməklə də problem çözüləsi deyil. “Neftçi” ötən mövsüm gətirdiyi legionerləri Jairo istisna olmaqla, digərlərini yayda yola salıb, yenilərinə qucaq açdı. Nə oldu? Yeni gələnlər də gedənlər kimi tam bir faciədir. Klubun görməli olduğu əsas işlərdən biri – transfer məsələsinə yanaşmaq naşılıqdan da betərdir. Heyət yeniləmək, “Adidas”ı “Kappa” ilə  əvəzləmək deyil, komandanın taleyi aparılan seleksiya işindən, transferlərdən asılıdır.


Vəli Qasımov “yaxşı futbolçu heç də hər zaman yaxşı məşqçi olmur” deyimini doğrulayanlar kateqoriyasına aiddir. Ona bu baş məşqçi postuna təyin olunması yanlış seçim idi. Ancaq indiki durumda onu Elxan Abdullayevlə əvəzləmək də çözüm sayıla bilməz. Çünki “Neftçi” baş məşqçiləri səriştəsiz olduğu üçün bu duruma düşməyib. Uğursuzluğun iki əsas səbəbi var: büdcənin azaldılması və Müşahidə Şurasının yol verdiyi xətalar.


Bəlkə də, Elxan bəy yaxşı məşqçidir, nəzəri biliklərinin zənginliyi bir gün işinə yarıyacaq. Ancaq həmin gün bu gün deyil. Çünki klubu düşdüyü çuxurdan çıxması üçün daha ciddi və radikal dəyişikliklər olmalıdır. “Neftçi”nin problemi etimadı itirən mövcud Müşahidə Şurasıdır...

 

ŞAMO

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X