18:04 03.10.2016 648

"Qəbələ": rekord və yubileylərlə zirvədə

Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. “Qəbələ” ötən mövsümdə olduğu kimi ilk dövrəni lider kimi başa vurub. VII turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar”ın liderliyi iki seriya ilə müşayiət olunur.


Ağdam klubu ilə görüşdə “Qəbələ” cari mövsümdə ardıcıl 5-ci qələbəsini qazanıb. Bu, klub tarixində 2-ci belə seriyadı. Komanda yalnız 2014/15 mövsümünün ikinci yarısında daha çox - 8 qələbəni sıralamışdı. 5 oyunluq qələbə seriyası həm də cari mövsüm heç bir klubun bacarmadığı göstəricidi.


“Qəbələ” eyni zamanda quru seriya ilə diqqət çəkir. Mövsümün qol buraxmayan yeganə komandası olan “qırmızı-qaralar” Premyer Liqanın ilk 7 turunda qol buraxmamaqla Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. İndiyədək yalnız 2010/11 mövsümünün startında qol buraxmayan “Xəzər Lənkəran” bunu bacarmışdı.


Ümumilikdə isə ötən mövsümün XXXIV turunun “Qarabağ”la matçından (0:2) sonra qapısını toxunulmaz saxlayan “qırmızı-qaralar” 9 oyundu qol buraxmır. Bu, ölkə çempionatları tarixinin 5-ci nəticəsinin təkrarı, “Qəbələ”nin 2-ci göstəricisidi. Komanda 2010/11 mövsümündə ardıcıl 10 matçda qol buraxmamışdı. Bu rekordu təkrarlamaq üçün “qırmızı-qaralar” növbəti turun “İnter”lə görüşündə qol buraxmamalıdı.


Qapıçı Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, “Qəbələ”nin 2-cisidi. 2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdu. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya “İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdı.


Qələbə və qol buraxmamaq seriyalarında rekorduna doğru irəliləməkdə olan “Qəbələ” bir ilkə də imza atıb. Ardıcıl 5 quruhesablı qələbə qazanan “qırmızı-qaralar” tarixində ilk dəfə bunu gerçəkləşdirib. Bunadək rekord 4 oyundan ibarət idi. Ötən mövsümün V-VIII turlarında komanda 4 oyunda qol buraxmadan qalib gəlmişdi.


“Qarabağ”la görüş bir neçə yubileylə də əlamətdar olub:


- “Qəbələ” Premyer Liqada 130-cu qələbəsini qazanıb.

- “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında 90-cı oyununa çıxıb.

- Dmitri Bezotosnı Premyer Liqada 50-cı oyununu keçirib.

- Rəşad Sadiqov 70-ci, Asif Məmmədov 50-ci dəfə “qırmızı-qara” forma geyinib.

- Baqali Dabo “Qəbələ”də 10-cu qolunu vurub. O, ən azı 10 dəfə fərqlənən 15-ci oyunçu olub.


klub saytı

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X