13:41 06.10.2016 703

"Demişəm ki, 90 dəqiqədən sonra kimsə xətrinə dəyirsə, vur, aşır" -Ramin Musayev


Azərbaycan Kubokunun 2016/2017 mövsümünün püşkatmasından sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, təşkilatçı qurumun rəhbəri jurnalistlərin suallarını cavablandırıb.


- Kubokun finalı hansı stadionda keçiriləcək?


- Fikrimiz var ki, bölgədə keçirək. Çox istərdim ki, matç Lənkəranda baş tutsun. Amma Lənkəran klubu öz fəaliyyətini dayandırdığına görə, istər-istəməz həmin azarkeşlər pis ola bilər. “Neftçi” finala çıxsa, Lənkərana apara bilmərəm. Çünki qalmaqal ola bilər. Amma “Neftçi” finala yüksəlməsə, matçın Lənkəranda baş tutmasını istərəm. Ot örtüyü ürəkaçan olsa, böyük məmnuniyyətlə, finalı Lənkəranda keçirmək istərəm. Lənkəran azarkeşlərinə böyük hörmətim var. “Neftçi” finala çıxsa, istərdim ki, final Gəncədə keçirilsin. Oyun Qəbələdə və ya İmişlidə də keçirilə bilər. Amma İmişli stadionunda yer azdı.


- Birinci Divizionun “Bakılı” – “Zaqatala” matçında baş verən hadisələrə görə ev sahibləri cəzalandırılacaqmı?


- Bu gün işə gələn kimi həmin videoyazıya baxmışam. “Bakılı” komandasının vurduğu 1-ci qol azarkeşlər tərəfindən yaxşı qarşılanmayıb. Deyirlər ki, top çıxmışdı, xətti keçmişdi. Amma yan xətt hakimi və baş hakim də təsdiqləyir ki, çıxmayıb və “Bakılı” qol vurur. Onda da həmin azarkeş söyüş söyür. Deməli, o, futbol xəstəsidi. Qaldı ki hakimə, onlara deyilir ki, 90 dəqiqə ərzində sən karsan, heç nə eşitmirsən. Amma demişəm ki, 90 dəqiqədən sonra kimsə xətrinə dəyirsə, vur, aşır. Mən bu sözün arxasındayam. Hər insanın öz qüruru var. Amma hakimlikdə səhv olub, cəzalandırılacaq. Sabah “Bakılı” klubunun rəhbərini bura dəvət edəcəyik. Söhbətimiz olacaq. Bir daha təkrar olunsa, başqa tədbirlər görməyə məcbur olacağıq. Heç kimdən çəkinmirik.


- “Mil Muğan”ın ölkə kubokunda iştirak etməməsinin səbəbi nədi?


- Mən klubda olanda baş məşqçidən xahişim olub ki, bizə qələbə yox, oyunçu və yaxşı oyun lazımdı. Birinci Divizionda artıq 5 tur keçib. Biz Qurban Qurbanovla bir yerdə çalışanda 6 oyunda qələbəyə həsrət qaldıq. Amma sonra çempionluğa oynadıq və bizi birincilikdən saxlayan keçmiş AFFA rəhbərliyi oldu. Tarix unudulmur. Bütün faktlar bu günə qədər məndə durur. Tələsmək lazım deyil. “Mil Muğan” çempionatın startından 10 gün qabaq yaranıb. İndidən yalandan kubokda niyə çıxış edək? Düşək “Qəbələ” ilə, onlar da 15 qol vuracaq. Yəni, yalandan çıxış etməyin nə mənası var? “Jiquli”ni BMW-nin qarşısına niyə çıxarım, uşaqları niyə sındırım?


- Azərbaycanın ən köklü klublarından olan “Kəpəz”in bazası acınacaqlı durumdadı. Bu klubun rəhbərliyi ilə danışığınız olubmu?


- Vallah, mən “Kəpəz”in rəhbərliyini tam bilmirəm. Komandanın öz baş məşqçisi var. Mən axırıncı dəfə o klubun bazasında nə vaxt olmuşam... olmaq fikrim də yoxdu.


- “Ayın futbolçusu” nominasiyasını yenidən bərpa edə bilərsizmi?


- Bu ildən Birinci Divizionda ayın qolunu seçirik. Çox gözəl də alındı. 5 qolun sırasında hansına birinci yeri verəcəyimizi bilmirdik. Qollar çox xoşuma gəldi.


- Ölkə kubokunun yayım hüququ konkret kimə verilib?


- Hələ bununla bağlı qərarımız yoxdu. “CBC Sport” ilə danışarıq, yayımlayarıq.


- Hakimlər son vaxtlar onlara söz atan azarkeşlərə, klub rəsmilərinə cavab verir. Bu yaxınlarda elə bir hadisə AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun başına gəlmişdi...


- Mən onu dəqiqləşdirdim, elə şey olmayıb. Bizdə ürəkli, vurub-tutan hakim 3 nəfər olar, ya olmaya. Hamısı başını aşağı salıb, işini görür. Mən inanmıram ki, Namiq Hüseynov AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu söhbətə çağırsın. Tərlanla da danışdım, dedi, elə şey olmayıb. Namiq Hüseynov da elə oğlan deyil ki, o hərəkəti etsin. İkincisi, hakim də insandı, məgər o, hər dəfə söyülməlidi? Klub rəhbərləri var ki, bəzən hakimi söhbətə çağırırlar? Mənim əlimdə vəzifəm varsa, hegemonluq etməliyəm? Xeyr. Hakim niyə söyülməlidi ki? Televizorda onun idarə etdiyi oyuna anası, arvadı baxa bilər. Hakimin də namusu var. Düz olanda da söyülür. Niyə? Bəli, mən demişəm ki, 90 dəqiqədən sonra sizə qarşı çaşan adamı vurun, aşırın, mən sizin yanınızda duracam. Cavan hakimlərimizə şans verməliyik. Onlar Azərbaycandan kənarda nə qədər irəli getsələr, ölkəmizi təmsil edirlər. (futbolinfo.az)





Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X