21:40 22.09.2013 718

Sadıq Sadıqov indi hara gedir?GÜNDƏM

Avroliqanın qrup mərhələsinin ilk turunda keçirilən “Apollon” – “Trabzonspor” matçı (1:2) Azərbaycanda xüsusi maraqla izlənildi. Meydana AL-də mübarizə aparan tək türk komandası çıxmışdı. Həm də başıbəlalı Kiprdə!  “Apollon”un fanatlarının həmin gün meydana çıxan türkləri dişiylə didməyə hazır olduğuna əsla şübhə etməyin. Məkan tanış idi... Məhz bu arenada (Neo GSP Stadium) “Neftçi” ötən yay APOEL-i devirərək ilkə imza atmış, qrupa vəsiqəni rəsmiləşdirmişdi. Yəqin həmin səfər matçında “ağ-qaralar”ın rəqib meydanındakı tarixi zəfərini canlı izləyənlər qaradənizlilərin qazandığı çətin qələbənin fərqinə ən azı gerçək “Trabzonspor” fanatı qədər vardı...


Nə yazıq ki, inanılmazı reallaşdırıb Azərbaycan futbolundan küsmüş azarkeşlərin çoxunda “bizdə də futbol var imiş” fikri yaradan flaqman bu yay Albaniya “Skenderbeu”sunun öhdəsindən gəlməyərək, Çempionlar Liqasının ilk sınağındaca ürəyi ümidlə çırpınanların arzusunu gözündə qoydu. Dağ boyda inam parçalandı, qucaq-qucaq ümid isə bir udum zəhər kimi gözünü ekrana zilləyənlərin boğazını göynətdi. Hə, albanlara yenilən həmin “Neftçi” idi. Cənubi Kiprdə müstəqillik dönəminin ən şanlı qələbəsinə imza atıb, sakit avqust gecəsində Bakının əsl uğura tamarzı futbol dəlilərini coşduran çempionun bu yay, bu mərhələdə, bu rəqibə uduzacağı ən bədbin fanatın belə ağlına gəlməzdi... Uduzdu, axı bu futboldu. Səbəbini incələmək, Böyükağa Hacıyevi bütün məsuliyyəti üzərinə götürüb komandanı Avstriya toplanışında lazım olandan artıq yüklədiyinə görə yenidən məhşər ayağına çəkmək üçün gecdi.


Bir məqam dəqiqdi ki, ardıcıl üç dəfə çempionluq yaşayan bakılılar yüzminlər üçün həzmedilməz məğlubiyyəti ilə onlarla adamı həyata qaytardı. Gecə gözünə yuxu getməyənlərin, bu dəfə də Bakı təmsilçisi uğurla irəliləyib qrupa düşəcəyi halda, “yuxarılar”ın gözündən necə düşəcəyini özünə dərd edənlərin bəxti gətirdi. Yaşam belədi! Bəzən qarnının qurdundan yediyi çörəyi də əzabla udanlar da istəyinə çatır...


Ağıllı insan sonradan nələrin yaşanacağını asanlıqla təxmin edərdi. Digər iddialıların “bosslar”ından fərqli, postuna sırf qohumluq telləri ilə yox, güvən qazanıb özünü sübut etdiyinə görə gələn cütlüyü - başqan Sadıq Sadıqovla vitse-prezident Tahir Süleymanovu “laxlatmağa” him axtaranların əlinə girəvə düşdü. Niyəsi ətrafında uzun-uzadı baş sındırmağa lüzum yoxdu. Yerli futbol məntiqiylə düşünsək, oliqarx olmayanın rəhbərliyi altında gerçək uğur qazanan klubdakılar mütləq “vurulmalıdı”. Öz cibindən camiə maliyələşdirənlərin yanlış strategiyasını faş edir axı...


7 tur arxada qalıb. Mövsümün qalan hissəsində oliqarxların futbol adamlarına qarşı partizan müharibəsi rəngarəng həmlələrlə ölkə futboluna rəng qatacaq.  “Neftçi” hər dəfə büdrəyəndə “Sadıq Sadıqov klubu tərk edir”, “Süleymanovun yerinə yeni vitse-prezident gəlir” xəbərləri çayxanaların əsas müzakirə mövzusuna çevriləcək.


Hesabat turunda “Neftçi” “Sumqayıt”la bərabərə qaldı. “Qarabağ” da xal itirdiyindən, “Qəbələ” liderliyə yüksəldi. Görəsən yeni nə xəbər var? Desəydilər, bu dəfə kimin hara getdiyini biz də bilərdik.

 

P.S. Günün sualı: sizcə, baş məşqçisiz “ağ-qaralar” liderdən 1 xal geridədisə, köməkçi - məşqçilərsiz neçə xal geri qalardı?    

 

Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

18:05

Maksim Medvedevin məşqçi kimi ilk yeri bilindi

17:47

Qakpo Rumıniya ilə oyundan öncə nə danışdı?

17:24

18 yaşlı türk Bundesliqa klubunda - RƏSMİ

17:01

"Türkiyə millisinin 1/4 finala yüksəlmək şansı çox az görünür"

16:47

UEFA Gürcüstan Futbol Federasiyasını cərimələdi

16:28

"Ronaldu özü də bilir ki..." - Aslan Kərimov

16:17

Asim Xudiyevə yeni mövsümün ilk təyinatı gəldi

15:59

Palmeri De Bröyneyə cavab verdi: "Pozulmuş uşaq"

15:41

Baş hakim Pulişiçin əlini sıxmaqdan imtina etdi

15:23

"Tarixi torpağımız olaraq Xankəndidə oyun keçirilməsi mövsümün möhürü idi" - Elgiz Abbasov

15:05

"Sabah"ın rəqibini "kötəklədilər"

14:44

"Kəpəz"in daha bir rəqibi bilindi

14:26

"Rumınlardan aqressiv oyun gözləyirəm" - Ronald Kuman

14:09

"Bu, bizə üstünlük verəcək" - Türkiyə millisinin baş məşqçisi

13:51

"Sıfırdan başlamaq vacibdir, çünki..." - Ralf Ranqnik

13:27

"Rəqibin heyətində inanılmaz oyunçular cəmləşib, amma..." - Eduard Yordanesku

13:09

Xavi "Bayern"də - Razılıq əldə olundu

12:50

"Penaltilərlə də qalib gəlməyi bacarmaq lazımdı" - Sloveniyanın baş məşqçisi

12:33

UEFA Çempionlar Liqasında səbətlər açıqlandı

12:15

Aleksis Sançes İtaliya çempionundan ayrıldı

11:53

Amerika Kuboku-2024: Uruqvay 1/4-də, meydan sahibləri dayandı

11:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:17

"Bu Avropa çempionatı karyeramda sonuncudur" - Ronaldu elan etdi

10:58

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Portuqaliya - Sloveniya matçı dünya futbolunun tarixinə düşdü

10:20

AÇ-2024: Nəticələr və təqvim

10:02

"Təəssüf ki, sonda uduzan tərəf biz olduq"

09:22

Fransa - Belçika matçının ən yaxşı oyunçusu bilindi

09:00

Deşam Belçika üzərində qələbədən danışdı

02:13

İnanılmaz performans sərgilədi, matçın ən yaxşı oyunçusu seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X