16:11 10.10.2016 500

"Bu Qurbanı daha məsuliyyətli edəcək" - Abdulbari Gözəl

"Azərsun Holdinq"in və "Qarabağ" futbol klubunun prezidenti Abdulbari Gözəlin "Report"a müsahibəsi


- "Qarabağ"a nə qədər diqqət ayıra bilirsiniz və son nəticələri ilə yaxından maraqlanırsınızmı?

- Həmişə çox ciddi təqib edirik. Sadəcə, komandada baş məşqçi var. Biz klub rəhbərliyi olaraq, baş məşqçini sıxmırıq, onun işinə müdaxilə etmirik. Qurban Qurbanov çox dürüst və sağlam insandır. "Qarabağ"da hər şey düzgünlük üzərində qurulub. Təbii ki, komandaya görə həyəcan keçiririk. Türkiyədə müəyyən zamanla "Fənərbaxça", "Qalatasaray", "Trabzonspor" və digər klublar birinci olur. Bu cür hallar bütün klublarda olur. Azərbaycanda da rəqabət var. Biri düşəcək, biri qalxacaq. Ancaq "Qarabağ"ın öz fəlsəfəsi, prinsipi, oyunu, dünyada hörməti var, reytinqi də yuxarıdır. Yəni "Qarabağ" işini ciddi şəkildə davam etdirir.


- Jurnalistlərlə görüşünüzdə bildirdiniz ki, "Qəbələ" "Qarabağ"a qalib gəlməklə ciddi rəqabət yaratdı...

- Şikayət edirdilər ki, rəqibimiz yoxdur. Bu səbəbdən, Avropa Liqası üçün inkişaf edə bilmirik. Mən də "Qəbələ" məğlubiyyətindən sonra xəbər göndərdim. Dedim ki, işinizi buna görə qurun.


- Düşünmürsünüz ki, Qurban Qurbanov həmin oyunda meydana güclü heyət buraxmadı?

- Düzü, mən də təəccüb etdim. "Qəbələ" artıq güclü bir komandadır. Bu səbəbdən, nəyə görə güclü futbolçulardan bəzilərini meydana buraxmaması mənə maraqlı gəldi. Bu, baş məşqçinin siyasətidir. Bir də "Qarabağ" vuranda rəqiblərinin hamısı həvəsdən düşür və deyirlər ki, onsuz da "Qarabağ"dır, qol vurmalıdır. Ancaq "Qarabağ" bir-iki dəfə məğlub olsa, baxırlar ki, "Qarabağ" qol vura biləcək, ya yox. Bu da rəqiblərdə komandamıza qarşı oynamaq həvəsi yaradır.


- Türkiyədən misal gətirdiniz. Orada da "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" güclüdür. Əksəriyyət elə düşünür ki, bu klublardan başqa heç kim çempion ola bilməz. Hazırda Azərbaycanda da aşağı-yuxarı 3 güclü klub var...

- Hər kəs elə düşünür. Amma klublar güclü olsa, bir-birlərini də gücləndirərlər.


- Avropa Liqasının qrup mərhələsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyəti necə qarşıladınız?

- Bir az şanssızlıq oldu. Klubların hərdən təzyiqi yüksəlir. Bu da qəbuledilməzdir. Lakin biz heç vaxt futbolçularımızın və ya baş məşqçimizin əhvalını pozmuruq. "Canın sağ olsun, gələcəkdə udarsan" deyirik. Bu məğlubiyyət ona təsir edəcək, onu daha məsuliyyətli edəcək. Biz Qurbanova inanırıq. Aramızda qarşılıqlı inam var. 


- Əvvəlki iki mövsümdə Avroliqanın qrupunda qalmısınız. Bu mövsüm komandanın qarşısına 1/16 finala vəsiqə hədəfi qoymusunuz?

- Əlbəttə, qələbə qazanmaq, irəli getmək istəyirik.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X