"Bayern Münih"in baş məşqçisi Yupp Haynkes bu il "Qızıl Top" mükafatını öz komandasından birinin alması lazım olduğunu söyləyib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, məşqçi bu mövsüm Franck Ribery, Bastian Schweinsteiger, Tomas Müller və ya Philipp Lahmın "Qızıl Top"u ala biləcəyini düşünür: "Məncə 2013-cü ildə mükafat Riberi, Lahm, Müller və ya Schweinsteiger kimi oyunçulardan birinə verilməlidir. Mənə görə bu mövsüm dörd namizəd olmalıdır".
İdman24.az