16:13 27.10.2016 632

Məşqçilər Komitəsi Gəncə səfərindən narazı qalıb: şərait və diqqət yoxdur

Bu günlərdə AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncəyə səfər edərək “Kəpəz” Peşəkar Futbol Klubunun aşağı yaş qrupları üzrə komandaları ilə maraqlanıb, yerindəcə şəraitlə tanış olublar. 


Fanat.Az xəbər verir ki, vaxtilə Gəncədə futbol oynamış qurumun üzvü Şakir Qəribov səfər təəssüratlarını kapazpfc.az saytı ilə bölüşüb: “Gəncəyə gəlişimizin səbəbi aşağı yaş qrupları üzrə komandalara baxmaq, məşqçilərin gördüyü işə nəzarət etmək və məşq şəraiti ilə tanış olmaq idi. Hamımız birlikdə ölkə futbolunun inkişafına çalışırıq. Buradakı məşqçilərin işləmək həvəsi çoxdur, çalışırlar amma bunun üçün uyğun şərait yoxdur. Gəncənin Azərbaycan futboluna verdiyi töhfələr məlumdur, “Kəpəz”in yetişdirdiyi futbolçular istedadı, bacarığı ilə seçilib. Biz tərəfdən nə kömək lazımdırsa, onu etməyə çalışırıq ki, Nizami yurdundan yenə yaxşı oyunçular çıxsın”. 


Təcrübəli mütəxəssis “Kəpəz”in əsas komandasının Premyer Liqadakı çıxışına da toxunub: “Komandanın çıxışını izləyirik, ilk mövsümün yekunlarına əsasən, “Kəpəz”in Avropa Liqasına vəsiqə qazanması və ilk mərhələni adlaması sevindiricidir. Dəstək daha çox olsa, kollektiv bundan da yaxşı nəticələr göstərə bilər. Məncə, diqqət olarsa, komanda “Qarabağ” və “Qəbələ” kimi uğurlu nəticələrə imza atmaq imkanı qazanar”.


Şakir Qəribov Gəncə futbolsevərlərinin “sarı-göylər”in ev oyunlarında çoxluq təşkil etməsinə də münasibət bildirib. O, azarkeşlərin “Kəpəz”i çox sevdiyini deyib: “Mən özüm futbola Gəncədə başlayıb elə burada da karyeramı başa vurmuşam. “Kəpəz”in azarkeşlərindən heç bir yerdə yoxdur. Çempionat oyunları da göstərir ki, insanlar futbolu, komandanı necə sevirlər. Hər oyuna ən azı 10 000 tamaşaçı gəlir. Bu, çempionatımız üçün rekord göstəricidir. Gəncədə həmişə futbol olub və olacaq da”. 


Qəribov indi “Kəpəz”in heyətində yerli futbol məktəbinin yetirmələrinin az olmasına da diqqət çəkib. O, tezliklə bu çatışmazlığın aradan qalxacağına ümid etdiyini söyləyib: “Mütəxəssis olaraq öz aramızda bu haqda danışmışıq. İki gün ərzində komandanın aşağı yaş qruplarında çıxış edən uşaqlara nəzər saldıq. Perspektivlilər var, onlar yetişəcəklər. Bir balaca şərait yaratmaq lazımdır. Şərait deyəndə ki, meydança, top və forma olmalıdır. Ayrı böyük bir şey tələb olunmur. Komanda iki ildir elitada oynayır, qoy bir müddət keçsin yerli futbolçuları yenidən görəcəyik. Sadəcə, zaman lazımdır. Gəncədə yetişən uşaqların milli komandalara kimi gedəcəyinə inanıram”.


Fanat.Az



Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

Facebookdan bizi izləməyi unutmayın.
X