Bu gün Topaz Premyer Liqasında X tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk oyununda "Zirə" "Kəpəz"i qəbul edib. Ötən mövsüm sürpriz, cari mövsümün ortabab komandalarının oyununda 2 qol vurulub. Hesabı 69-cu dəqiqədə Cavid Tağıyev açıb. Eyni dəqiqədə "Kəpəz"dən Tural Axundov meydandan qovulub. 82-ci dəqiqədə isə "Kəpəz"in qapısına penalti təyin edilib. Topa yaxınlaşan Elvin Məmmədovun zərbəsi dəqiq olub. Bununla "Zirə" 2:0 hesablı qələbə qazanıb.
Günün ikinci matçında çempionatın favoritlərindən olan "İnter" “Sumqayıt”ı qəbul edib. Hesabı 3-cü dəqiqədə qonaq komandadan Mirabdulla Abbasov açıb. "İnter" buna 21-ci dəqiqədə Zurab Xizanişvilinin qolu ilə cavab verib. 55-ci dəqiqədə "bankirlər"i hesabda önə keçirən Nizami Hacıyev sona 10 dəqiqə qalmış dublunu rəsmiləşdirib - 3:1.
Qeyd edək ki, dünən "Qəbələ" "Neftçi"ni 4:1, "Qarabağ" AZAL-ı 1:0 hesabı ilə yenib.
Premyer Liqa
2016/17 mövsümü
II dövrə, X tur
30 oktyabr
Zirə - Kəpəz 2:0
Qollar: Cavid Tağıyev, 69. Elvin Məmmədov, 82-pen.
Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 8. Milan Duriç, 11. Viktor İbekoyi, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 38. İlkin Muradov, 92. Cavid Tağıyev.
Baş məşqçi: Adil Şükürov.
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 36. Renan Silva, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 4. Qaraxan Əliyev, 8. Elcan Rəhimov, 17. Nicat Qurbanov, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Qırmızı vərəqə: Tural Axundov, 69.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Zirə İdman Kompleksinin stadionu.
İnter - Sumqayıt 3:1
Qollar: Zurab Xizanişvili, 21. Nizami Hacıyev, 55; 80 - Mirabdulla Abbasov, 3.
İnter: 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev, 14. Zurab Xizanişvili, 15. Ruslan Abışov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 27. Adrian Skarlatake.
Baş məşqçi: Zaur Svanadze.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 66. Afşin Esmaeilzadə.
Baş məşqçi: Samir Abbasov.
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
“İnter Arena”.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qəbələ | 10 | 7 | 3 | 0 | 26:4 | 24 |
2 | Qarabağ | 10 | 7 | 1 | 2 | 21:5 | 22 |
3 | İnter | 10 | 5 | 5 | 0 | 16:9 | 20 |
4 | Zirə | 10 | 4 | 2 | 4 | 10:10 | 14 |
5 | Kəpəz | 10 | 2 | 5 | 3 | 7:10 | 11 |
6 | Sumqayıt | 10 | 2 | 3 | 5 | 9:17 | 9 |
7 | Neftçi | 10 | 2 | 0 | 8 | 7:24 | 6 |
8 | AZAL | 10 | 0 | 3 | 7 | 4:21 | 3 |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 7. |
Fanat.Az