21:33 02.11.2016 443

Qurban Qurbanov PAOK-un sürprizindən çəkinir

“Sabah bizi ağır oyun gözləyir. Futbolçular da istəyir ki, bu matçdan yaxşı nəticəylə ayrılsınlar. Rəqib məşqçinin fikirləri ilə tanışam. O, bu oyunun onlar üçün vacib olduğunu deyir. Onları başa düşürük. Ancaq qarşıda 2 oyun daha var”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
UEFA Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-la qarşılaşacaq ağdamlıların çalşdırıcısı mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb.
 
O, sözlərinə belə davam edib: “Sabah yaxşı mübarizə aparmalıyıq. Futbolçularımız xarakter nümayiş etdirməlidilər. Qalib gəlmək istəyirik. Ancaq oyunun gedişində hər şey ola bilər. Məğlub olacağımız halda belə, qarşıdakı iki oyunda 6 xal toplayıb mərhələ adlaya bilərik. Ancaq sabahkı oyunda qarşımıza əsas məqsəd kimi uduzmamağı qoymuşuq”.
 
- Sabahkı oyunda meydanda fərqli PAOK gözləyirsiz?
- PAOK ev oyunlarında tam fərqli, daha aqressiv oynayır. Rəqib nə qədər təzyiq etsə də, müdafiədə diqqətli oynamalıyıq. Hücumda da dəqiq oynamalıyıq. Bu komandanın oyunçuları topla yaxşı davranır. Ancaq buna baxmayaraq, hücumlarımızı davam etdirməliyik. Oyunun əvvəlindəki təzyiqdən tezliklə yaxa qurtarmağa çalışacağıq.
 
- Növbəti mərhələyə kimin keçəcəyini düşünürsüz - PAOK, yoxsa “Qarabağ”?
- Özümüzün keçməyimizi istəyirəm, ancaq necə olacaq bilmirəm (gülür).
 
- Rəşad Sadıqov, Reynaldo və Miçel sabah meydana çıxacaq?
- Hələ dəqiq bilinmir. Ola bilsin, sabah bu üç futbolçudan hansısa meydana çıxsın.
 
- “Qarabağ” sabah ilk oyundakı kimi hücum futbolu sərgiləyəcək, yoxsa əks-hücum taktikasına üstünlük verəcək?
- Futbolda hər bir nəticəyə hazır olmalısan. Həmişə meydan sahibləri daha inamlı, hücumameyilli oyun sərgiləyir. Sabah müdafiə olunmaq lazımdısa, müdafiə olumalıyıq, hücum etmək lazımdısa, hücum etməliyik. Bu, oyunun gedişindən asılıdı. Bütün oyunu müdafiə olunmaq istəməzdim. Məncə, sabah meydanda həm hücum görəcəyik, həm müdafiə, həm də əks-hücum.
 
- PAOK çılğın azarkeşlərə malikdi. Ancaq “Qarabağ” bu cür komandalarla dəfələrlə qarşılaşıb. Əminliklə deyə bilərik ki, bu amil sabah komandaya mənfi mənada təsir etməyəcək?
- Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdı. Bizim azarkeşlər də burda olacaq. Düzdü, onların sayı rəqibdən az olacaq, ancaq bu, bizə mənfi təsir etməyəcək. İstəyərdim ki, həmin azarkeşlər Bakıda olduğu kimi 90 dəqiqə komandanı qələbəyə səsləsin. Sabah biz azarkeşləri yox, oyunu düşünəcəyik.
 
- Oyunda rəqibin erkən qol vurması komandaya necə təsir edə bilər?
- Futbolda belə hallar olur. Son dəqiqələrdə qol vurduğumuz da, top buraxdığımız da olub. Bu barədə düşünmürük. Nəticə qazanmaq üçün mütləq qol vurmalıyıq. 90 dəqiqə ərzində oyun hər bir komandanın xeyrinə dəyişə bilər.
 
- Burdakı oyunda “Qarabağ”a səfər amilindən başqa nə mane ola bilər?
- Rəqib çox ciddi komandadı. PAOK-la düşdükdən sonra düşündüm ki, bu komandaya böyük hesabla da məğlub da ola bilərik. Oyunçuların ustalıq səviyyəsi yüksəkdi. Bu, bizi narahat edir. Əsas problem, rəqibin bizə sürpriz etməsi ola bilər. Bunun üçün də, komanda sabah daha diqqətli olmalıdı. (Apasport.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

Facebookdan bizi izləməyi unutmayın.
X