19:16 06.11.2016 552

"Mən özüm Qriqorçukdan məsləhət alaram" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 11-ci turunda səfərdə “Zirə”ni məğlub etdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qurbanov oyunla bağlı bunları deyib:


- Futbolçularımı təbrik edirəm. Xarakter nümayiş etdirdilər. PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. “Zirə” komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib  qələbə idi. Düşünürəm ki, çempionatda mühüm üç xal qazandıq.


- Bu gün süni örtükdə oynadınız. Bu, zədə ehtimalını artırırdı. PAOK-la oyundakı kimi bu matçda da əvəzetmə qarşılaşmanın taleyini həll etdi…

- Meydança süni örtük olsa da, vəziyyəti elə də pis deyil. Bu cür oyunlarında stress həddən artıq çox olur. Təbii ot örtüyü olsaydı, daha yaxşı oyun göstərərdik. O ki qaldı dəyişikliklərə, bəzən özünü doğruldur, bəzən doğrultmur. Əvəzetmənin nə qədər uğurlu olması meydana çıxan futbolçunun məsuliyyətini göstərir. İlk hissədə top saxlamada problem var idi. Ancaq ikinci hissədə əvəzetmələrdən sonra bu problem aradan qalxdı.


- Rəşad Sadıqovun adını bu gün “18”liyə daxil etməməyiniz zədə, yoxsa yorğunluqla bağlı idi?

- Rəşad zədədən yeni qayıdıb. Bu gün süni örtükdə oynadığımızdan, onu meydana buraxaraq, riskə getmək istəmədim.


- Bu gün lider “Qəbələ” xal itirdi. Bu, komandanızın motivasiyasına nə dərəcədə təsir etdi?

- Biz oyun günü digər qarşılaşmalardan xəbərdar olmuruq. Rəqibin nəticəsini düşünsək, öz oyunumzudan uzaqlaşmış olarıq. Buna görə, ancaq öz oyunumuza köklənirik.


- Artıq “Zirə”ni 6-cı dəfə üstələdiz. Demək olar ki, bu komanda sizin üçün ən asan rəqibdir?

- Asan rəqib demək olmaz. Bu komandaya cəmi 2 oyunda asan qalib gəlmişik. Sadəcə, biz yuxarı yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bu cür oyunlarda maksimum xal qazanmalıyıq. Amma bu gün “Zirə” yaxşı təsir bağışladı. Bu cür davam etsələr, daha yaxşı nəticələr əldə edə bilərlər.


- Demək olar ki, bundan sonra əsas mübarizə “Qəbələ” və “Qarabağ” arasında gedəcək?

- Məncə, bu barədə düşünmək hələ ki, tezdir. Bir də deyirəm, biz heç bir komandanın xalını saymamalıyıq. Əsas öz oyunumuza köklənməliyik.


- “Qəbələ” Avroliqada ardıcıl məğlubiyyətlər aldı. Bu komandaya Avropada uğurlu çıxış etmək üçün nəsə məsləhətiniz var?

- Xeyr, yoxdur. Roman Qriqorçuk məndən təcrübəli məşqçidir. Yeri gəlsə, mən özüm ondan məsləhət ala bilərəm. Məncə, bu cür suallar olmasa yaxşıdır. (komanda.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X