11:28 10.11.2016 638

Millimiz növbəti sensasiya arzusunda

Sabah DÇ-2018-in seçmə mərhələsində IV tura start veriləcək. Fanat.Az xəbər verir ki, Avropa zonasının oyunları 3 gün ərzində baş tutacaq.


Növbəti matçını səfərdə keçirəcək yığmamızın rəqibi Şimali İrlandiyadır. AÇ-2016-nın iştirakçılarından olan meydan sahibləri turnir cədvəlində komandamızın ən yaxın izləyicisidir.


Seçmə mərhələyə “Niyə də yox?” şüarı ilə başlayan Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv ilk rəqibi San Marinonu məğlub etməyə borclu idi və çətinliklə də olsa, bunu bacardı (1:0). Açığı, həmin səfər görüşündə komandamızın sərgilədiyi futbol nikbin olmağımıza heç bir əsas vermirdi. Gəl ki, futbolçularımız növbəti 2 görüşdə bacardıqlarından da artıq oynadılar. Millimiz əvvəlcə, paytaxtımızda Norveçi məğlub etdi (1:0), ardınca isə Ostravada Çexiya ilə bərabərə qaldı (0:0).


Hazırda hesabında 7 xalı olan yığmamız 2-ci pillədə qərarlaşıb və sabahkı rəqibini 3 xal qabaqlayır. Komandamızın seçmə mərhələdə uduzmamaqla yanaşı, qapısında qol görməməyi də sevindirici məqamdır, motivasiya üçün bir əsasdır. Lakin Şimali İrlandiyanın son 6 ev oyununda uduzmadığını xatırlatmaqda da fayda var.

 

Əslində, irlandlar bizim üçün həm tanış, həm də münasib rəqibdir. Millimiz 4 il öncə DÇ-2014-ün seçmə oyununda “Vindzor Park”da uduzmamışdı, əksinə, qələbəni son anda əldən vermişdi (1:1). Üstəlik, təxminən 1 il sonra britaniyalıları Bakıdan məğlub yola sala bilmişdik (2:0).



3 il öncəki Şimali İrlandiya yığması ilə indiki komanda arasında fərq odluğu aydın məsələdir. Hər hal, britaniyalıların AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanması rəqibin potensialından xəbər verir. Lakin millimizin ilk 3 oyundan 7 xal toplamaq da adət etdiyimiz durum deyil. Uğurlu seriya yaxalayan Prosineçkinin komandası heç vaxt olmadığı qədər motivasiyalıdır. Yığmamız bu gün uduzmasa, artıq ciddi şəkildə pley-off barədə düşünə bilərik.


Millimizin səfərə ciddi itki ilə yollanıb. Məşq zamanı zədələnən kapitan Rəşad Sadıqov meydana çıxa bilməyəcək. Şimali İrlandiyada isə yarımmüdafiəçi Styuart Dallas və hücumçu Ceymi Uord zədəlidir.


Səfər ərəfəsində yerli mətbuata danışan Prosineçki rəqibin güclü tərəflərindən söz açdı. Xorvatiyalı mütəxəssisin fikrincə,  Şimali İrlandiyanın üstünlüyü ondan ibarətdir ki, futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər: “Azərbaycan yığması bundan əvvəl daha güclü komandalara qarşı oynayıb. Çexiya və Norveç millilərində fərdi ustalığı daha yüksək olan futbolçular var. Şimali İrlandiyanın üstünlüyü isə ondan ibarətdir ki, futbolçuları uzun müddətdir bir yerdə çıxış edirlər. Onlarda yeni 1-2 futbolçu var, heyətlərinin 99 faizi uzun müddətdir birlikdə oynayır. Əsasən standart vəziyyətlər zamanı qol epizodları yaradırlar, “ikinci mərtəbə”də çox güclüdürlər. Amma yenə də deyirəm, bizim komandada hazırda ab-hava çox gözəldir. Axırıncı nəticələrdən sonra kollektivdə yaxşı atmosfer var. Mən futbolçularıma inanıram”.


Şimali İrlandiyanın çalışdırıcısı Mayk Onil isə görüşün sərt keçəcəyini açıqlayıb: “Düşünürdük ki, qrup ikinciliyi uğrunda mübarizədə əsas rəqiblərimiz Çexiya və Norveç olacaq. Amma onların hər ikisi Azərbaycanla matçda istədiyi nəticəyə imza ata bilmədi, xal itkisi ilə üzləşdi. Təsadüfi deyil ki, rəqibimiz seçmə mərhələdəki ilk 3 görüşdə çox yaxşı müdafiə olunaraq, qapısından top buraxmayıb. Rəqibin özünəinamı artıb. Oyunun sərt keçəcəyini və çox güclü təzyiq olacağını düşünürəm". 

 





DÇ-2018-in seçmə mərhələsi

IV tur

C qrupu


23:45. Şimali İrlandiya – Azərbaycan

Baş hakim: Klément Turpin

Baş hakimin köməkçiləri: Nikolas Danos, Siril Qrinqor

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. “Vindzor Park” stadionu

 

1.Almaniya33008-09

2.Azərbaycan32102-07

3.Şimali İrlandiya31114-24

4.Norveç31024-53

5.Çexiya30210-32

6.San Marino30031-90


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X