20:18 10.11.2016 559

"Həkimlərdən iynə vurmalarını istədim" - Rəşad Sadıqov

Fanat.Az Azərbaycan milli komandasının və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqov "Report"a müsahibəsini təqdim edir.


- Bir müddətdir zədədən əziyyət çəkirsiz. Bu sizi narahat etmir?

- Sözün düzü, ən zəif cəhətim zədələnəndə müalicə müddətinə heç vaxt riayət etməmişəm. Bu da mənim ən böyük problemimdir. İnsan zədələnəndə, xəstələnəndə bu müalicə müddətinə riayət etməlidir. Ancaq mən 3-5 gündən sonra yaxşı olduğumu demişəm. Belimdən zədələnəndə həkimlər dedi 2 ay dayanmaq lazımdır. Həkimlərdən 10 gündən sonra qaça biləcəyimi soruşdum. Həkimlər qaça biləcəyimi, amma bunun xroniki hal alacağını dedilər. Mən də cavabında problemin olmadığını, iynə vurmalarını istədim. Sonra neçə illər belimdən əziyyət çəkdim, ancaq indi yaxşıyam. İndiki zədəm çox ciddi deyil. Sadəcə Norveçlə oyunu buraxmaq lazım idi. Həkimlərlə danışdım. Mənim oynaya biləcəyimi, ağrıya dözüb-dözməyəcəyimi soruşdular, mən də razılıq verdim. Belə davam etdi. Bir aydır eyni zədə əziyyət verir. Həkimlər sağalmaq üçün 3 həftə oynamamağımı istəyirlər, amma o qədər vaxtım yoxdur. Son zamanlar zədələnmirdim. Ancaq son yoldaşlıq görüşündə yenidən zədə aldım. Təəssüflər olsun ki, belə alındı. Norveçlə oyun olduğu üçün dayana bilmədim. Çexiya ilə oyun, PAOK-la vacib oyun, bunları necə buraxım? Oynadım, yenidən pisləşdim, müalicə olundum. PAOK-la səfər oyunundan sonra pisləşmədi. Hətta Qurban Qurbanovla da söhbət etdik. Qərar qəbul etdik ki, oynamayım, milliyə yaxşı formada çıxım. O da elə alındı ki, məşqdə yenidən eyni yerdən zədə aldım.


- Demək olar, milli komandanın yarısı "Qarabağ"ın futbolçularından ibarətdir. Ümumiyyətlə, komanda sənin yoxluğuna uyğunlaşıb, yoxsa hələ yox?

- Əslində, mən belə hesab etmirəm. Mənsiz də qaydasında oynayırlar. Daim komandanın yanındayam, çox uzaqda olmuram. Həm milli, həm də "Qarabağ"da saf, mehriban kollektiv var. Danışırıq, dərtləşirik. Kiminsə oynayıb-oynamamasının fərqi yoxdur. Çalışıram ki, həmişə komandanın yanında olum. Meydançada da mən yoxam, məni layiqincə əvəz edəcək oyunçular var. Əvvəl heç oyunçu yox idi. Amma indi Maksim, Bədavi, Ruslan var.


- Maksim Medvedev mərkəz müdafiəçisi deyil. Bədavi Hüseynov oynayır, amma Ruslan Abışovu baş məşqçi oynatmır...

- Özünüz də fikir verirsinizsə, son zamanlar millidə Maksim mərkəz müdafiəçisi kimi oynayır. Hətta "Qarabağ"da da oynayır. O, universal futbolçudur. İnanıram ki, heç bir problem olmayacaq.


- Şimali İrlandiya ilə əvvəllər keçirilmiş 4 oyunun 3-də uduzmamışıq. Biz nəyə görə bu komandadan ehtiyat etməliyik?

- Bu, futboldur. Məsələn, "Tottenhem" səfərdə "Monako"ya 3-4 top vurur, amma bu il "Monako" gəlib səfərdə qələbə qazanır. Söhbət bir ildə "Monako"nun inkişafından gedir. Şimali İrlandiya da çox inkişaf edib. Son Avropa çempionatı da onların necə güclü olduqlarını göstərdi. San Marinonu udublar, Çexiya ilə səfərdə heç-heçə ediblər və Almaniyaya uduzublar. Yetərincə baxmışıq. İndi sırf zəif rəqib yoxdur. Ümumiyyətlə, futbolda zəif rəqib yoxdur. Onların üzvü İngiltərə, Şotlandiya, Avropa çempionatında çıxış edirlər.


- Səfərdə Şimali İrlandiya ilə 1:1 oynadığınız oyuna baxmısınız?

- Sözün düzü yox. Həmin oyunu götürsək, rəqibin çoxlu sayda qol epizodları vardı. Bunları da nəzərə almaq lazımdır.


- Qapıda Kamran Ağayev yox idi. Bəlkə Kamran olsa, başqa cür olardı?

- Əslində, o oyunda Səlahət də pis durmadı.


- Bəli, amma həlledici anlar olur...

- Ümid edək ki, Kamran bu oyunda karyerasının ən uğurlu oyunlarından birini keçirəcək. Kamranı, eləcə də digər futbolçuları da yükləmək düzgün deyil. Hər kəs karyerasının ən yaxşı oyunlarını oynamağa çalışır.


- Bizi sadəcə millinin nəticələri düşündürür. Bu gün "Qarabağ"ın 8 futbolçusu milliyə çağırılıb. İki nəfər "Qəbələ"dən, bir də Kamran Ağayevi götürsək 11-lik düzəlir. Necə düşünürsüz, bu uğur sırf beynəlxalq təcrübə ilə bağlıdır?

- Yadımdadır, 3 il bundan əvvəl iki komandamız qrupda idi, amma nəticələr pis idi. Dörd oyunun hamısında məğlub olmuşduq. İndiki nəticədə Robert Prosineçkinin böyük əməyi var və bu, danılmazdır. Təbii ki, klubların təsiri var, amma sırf bununla bağlı demək düzgün deyil. 


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X