Müxtəlif yaş qruplarında millilərin formasını geyinmiş Şəhriyar Xəlilov rəhmətə gedib. Fanat.Az xəbər verir ki, bu xəbəri “Kəpəz”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumat verib. O, üzücü xəbəri “facebook” səhifəsinə paylaşıb.
Gəncə futbolunun yetirməsi olan Xəlilovun ürək tutmasından vəfat etdiyi bildirilir. 25 yaşında dünyasını dəyişən yarımmüdafiəçi “Gəncə”, “Xəzər Lənkəran”, “İnter”, “Qarabağ”, “Qəbələ”, “Sumayıt” və “Turan” klublarında çıxış edib.
Allah rəhmət eləsin!
Fanat.Az