11:28 29.11.2016 859

“Neftçi” və “Kəpəz”in dəxilsiz bəyanatları

Yaxın keçmişdə medallar uğrunda mübarizədə barışmaz rəqib olan “Kəpəz”lə “Neftçi” hazırda hədəflərindən uzaq düşsələr də, intriqanı saxlayıblar. Bu kollektivlərin sonuncu turdakı duelinin fərqli müstəvilərdə keçməsi buna bariz sübutdur.


Niyə fərqli müstəvilər? Çünki qarşıdurma yalnız yaşıl meydanda olmadı, tərəflər kənarda da “atışdılar”. Gəncə şəhər stadionunda ən azı bir dəfə olanlar oradakı mövcud atmosferdən xəbərdardılar. VİP və Media sektora yaxın əyləşənlər icra başçısının gözünə girmək üçün min oyundan çıxırlar. Elmar Vəliyevin davranışlarının isə heç bir məntiqi izahı, adı yoxdur.


Başçı start fitinin səsi qulaqlardan getməmiş VİP sektorda əyləşən "Neftçi” PFK-nın rəsmilərini, eləcə də futbolçuları oradan qovdurdu. Səbəb? Həmin şəxslərin “Kəpəz”ə (???) azarkeşlik etməmələridir!


Maraqlıdır ki, həmin an Vəliyev başını çıxardıb nə baş verdiyini anlamaya çalışan “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavin Elnur Eyvazovun da “dərsini verib”. Mədəni şəkildə “dur, sinifdən çıx” söyləyib.


Elmar bəy tərəfindən təhqirə məruz qalan qonaq komandanın nümayəndələrinin “Neftçi” azarkeşləri üçün ayrılan tribunaya yollanmaqdan başqa çarələri qalmayıb...


Vəliyevin davranışına münasibət birmənalıdır – qınayırıq! Lakin “Neftçi” rəsmiləri də papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər: niyə onları “sındırırlar”?


Oyun “Kəpəz”in qələbəsi ilə başa çatsa da (2:0), “döyüş” matçdan sonra da davam etdi.


Əvvəlcə  “Neftçi”nin Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev “facebook” səhifəsində baş verənlərə görə icra başçısını suçladı: “Bizi tribunada görmək istəməyən adam Gəncə şəhərinin icra hakimi Elmar Vəliyev idi. Onun yanında dayananlar heç bir etiraz bildirmədilər, vəziyyətin düzəltməsinə heç bir addım atmayıblar, sadəcə susdular. Onlara böyük təşəkkür düşür şəxsən mənim adımdan. Ölmədik, bu günü də gördük”.


Ardınca “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu and-aman elədi ki, bu addımın icra başçısı Elmar Vəliyevin göstərişi ilə deyil, təhlükəsizlik məqsədilə atılıb. Guya, gəncəli azarkeşlər “Neftçi” nümayəndələrinin basıb gözlərini çıxarmağa hazırlaşırmışlar, başçı onların dadına çatıb, təhlükəsiz yerə yolayıb...


Daha sonra “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov məsələyə münasibət bildirdi: “Nə qədər gülünc olsa da, “ev sahibləri” bizdən “Kəpəz” klubuna əl çalmağı tələb etdi. Əmrə müntəzir olmadığımız üçün bizi VİP-lojadan uzaqlaşdırdılar. Bu gün əl çalmaq tələb edirlər, sabah “Meksika dalğası”, vuvuzela havası sifariş verəcəklər”.


Və nəhayət, dünən günorta saatlarında “Neftçi”, axşam isə “Kəpəz” bəyanatla çıxış etdi. Əgər buna bəyanat demək olarsa.  Sadəcə, söz yığınıdır. 


Ən ağır şəkildə aşağılanan “Neftçi”  bildirir ki,  "Kəpəz” PFK tərəfindən çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulmuşdur falan-filan. Onları oradan qovduran icra başçısı barədə tək kəlmə də yoxdur.


Üstəlik, "Neftçi” PFK 24.11.2016-cı il tarixdə "Kəpəz” PFK-ya yolladığı məktub yanlış şəxsə - Mehman Allahverdiyevə ünvanlayıb. Həmin şəxs isə 22 sentyabr 2016-cı il tarixindən etibarən "Kəpəz"də çalışmır. O, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə işdən azad olunub.


Başa düşürük, yanlışlıq olub, klubda kargüzarlıqla məşğul olan şəxslər səhvə yol verib. Lakin səlahiyyət sahibləri də imzaladıqları sənədləri oxumalı, nəyə qol qoyduqlarını bilməlidirlər.


“Kəpəz”in bəyanatının isə bir adı var – rəzalət. Aydın məsələdir ki, Gəncədə Vəliyevin bir kəlməsini iki edəcək, sözünün qarşısında söz deyəcək adam yoxdur. Bu səbəbdən də başçı meydan sahiblərinə azarkeşlik etməyən “Neftçi” nümayəndələrini qovan zaman “Kəpəz”dən bir kimsə çıxıb bunun qarşısını almayıb. Bəs, üzrxahlığa nə sözünüz? Gəncə klubun başbilənləri isə ayıblarına kor olmaqdan, üzr istəməsələr belə, ən azı dinməz durmaq əvəzinə bəyanatla çıxış edirlər. O boyda həngaməyə göz yummaq, malalamaq, baş verənləri təhrif etmək öz yerində, bütün bunların qarşılığında hələ bir “Neftçi”nin məktubundakı səhvi gözə soxmaq – sadəcə, ayıbdır!


Qaldı ki, isti su məsələsinə, Gəncə şəhər stadionundakı acınacaqlı durumdan hər kəsin xəbəri var. Və suyun isti və ya soyuq olmasından asılı olmayaraq, “Kəpəz”lə oyunlardan sonra əksər qonaq komandaları yuyunmaq üçün qaldıqları otelə yollanmağı üstün tuturlar... 


Fanat.Az


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X