14:04 01.12.2016 833

AFFA-nın iflasa uğrayan “şura hökuməti”

AFFA İcraiyyə Komitəsi 14 avqust 2013-cü il tarixli iclasında bir qərar qəbul edib: klublarda Müşahidə Şurası yaradılsın. Həmin ilinin dekabrında baş tutan toplantıda isə məlum qərarın icrasının 2 müddətinə uzadılmasına, göstərilən müddətə qədər qərarı müvafiq qaydada icra etməyən klublara İntizam Komitəsi tərəfindən ciddi sanksiyalar tətbiq olunmasına hökm verilib.


Artıq 3 il keçib. Lakin buna rəğmən, Müşahidə Şurası təsis etməyən iki klub qalıb – “Qarabağ” və “Qəbələ”. Maraqlıdır ki, hazırda Premyer Liqada çempionluq uğrunda mübarizə məhz bu kollektiv arasında gedir. Üstəlik,  sözügedən komandalar hazırda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edirlər.


Şuralaşan klubların durumu isə göz önündədir – “Neftçi” tarixinin ən ağır günlərini yaşayır, klubun ipi kimin əlindədir bəlli deyil. “Kəpəz”də söz sahibi olmaq üçün AFFA ilə Gəncə şəhər rəhbərliyi arasında soyuq savaş gedir. Elə Topaz Premyer Liqasının sonuncu turunda bu kollektivlər arasında baş tutan görüşdə yaşanan biabırçılığın səbəbi hər iki klubun ciddi nüfuzu olmayan şəxslərə həvalə edilməsidir. Əks halda, Gəncənin icra başçısı “Neftçi” nümayəndələrini VİP-sektordan azarkeşlərin yanına qovacaq qədər irəli getməzdi. “Kəpəz”i idarə edənlər də əmrə müntəzir olan şəxslərdir. Normalda əyalət klubunun rəsmilərindən kimsə başçının qonaqları aşağılamasının qarşısını almalı idi. Lakin onlar da gözəl bilirlər ki, kluba heç bir aidiyyətinin olmamasına rəğmən, Vəliyevin sözünün qarşısına söz desələr, özləri də tribunaya qovulacaqlar. Bax, “şura hökuməti” “Neftçi” və “Kəpəz” kimi klubları bu qədər cılızlaşdırıb.


“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevdir. Tanınmış yazıçı 57 illik həyatındakı üzləşdiyi tənqidləri tərəzini  bir, kluba gələndən sonra eşitdiklərini digər gözünə qoysa, sonuncu ağır gələr.


Sədr Çingiz bəy olsa da, klubu və komandanı AFFA-nın adamları – icraçı direktor Elnur Məmmədovla Vəli Qasımov idarə edirdi. Ardıcıl uğursuz oyunlardan sonra onların “bileti kəsildi”. İndi də assosiasiya Orxan Hüseynzadə ilə Elxan Abdullayevi hadisə yerinə “ezam edib”.


“Kəpəz”də isə yuxarıda qeyd etdiyimiz kimi vəziyyət çox qarışıqdır. Müşahidə Şurasının sədri icra başçısının oğlu Elmir Vəliyevdir. Lakin Vəliyevlər öz ciblərindən kluba pul xərcləmək fikrindən uzaq olmaqla yanaşı, “Kəpəz”də söz sahibi olmaq üçün AFFA ilə çəkişmədədirlər.  Mehman Allahverdiyev məhz bu “soyuq müharibə”nin qurbanı oldu, icraçı direktor vəzifəsini Cabir İbrahimova təhvil verib getdi...


Açığı, belə durumdansa, AZAL kimi qəpiyə güllə atmaq yaxşıdır. Sonuncu pillədə olsalar da, ancaq meydanda uduzurlar, klub rəsmilərini kimsə aşağılamır. “Təyyarəçilər”in rəsmi saytına qeyd edilməsə də, orada da Müşahidə Şurası var. Sədri də adını sonucu dəfə 2014-cü ildə eşitdiyimiz Rəsul Rəsulovdur. Elə klubun prezidenti Zaur Axundov da bu postda formallıqdan yer alıb. Faktiki AZAL-ı vitse-prezident Fikrət Hüseynov idarə edir.


“Sumqayıt”da da nəticə yoxdur, lakin stabillik və sakitçilik hökm sürür. ARDNŞ-in "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev “Sumqayıt”ın da Müşahidə Şurasının sədridir. Lakin bu, formallıqdan başqa bir şey deyil. Klubu prezident Kamran Quliyev idarə edir. Söz sahibi odur.


Qaldı ikisi – “Zirə” və “İnter”. Hər iki klub “şura hökuməti”nin bayrağına boyun əyiblər. Lakin nədənsə, rəsmi saytlarında bu barədə xüsusi bölməyə, məlumata rast gəlmək olmur. 


“Zirə”də Müşahidə Şurasının adı var, özü yoxdur. Klubun baş sponsoru “AzFar” şirkətinin rəhbərliyində dəyişiklik olduğundan, qəsəbə təmsilçisinin təsisçisi də dəyişəcək. “Zirə” futbol klubunun prezidenti Vüqar Astanov avqustun 9-da  vəzifəsindən getməsi, işlərin müvəqqəti olaraq icraçı direktor Natiq İsmayılova həvalə edilməsi bununla bağlıdır.

Klubda yaxın vaxtlar Müşahidə Şurasının yeni tərkibi müəyyənləşməli, prezident təyin olunmalıdır.


“İnter”in prezident kreslosu isə lənətlənib. Məlum səbəblərdən postundan istefa verən Georgi Nikolov vətəni Bolqarıstana dönə bilmir. Əcnəbi futbol funksioneri 2015-ci il sentyabrın 19-da Bolqarıstana getmək istəyərkən hava limanında saxlanılıb və bildirilib ki, onun çıxışına qadağa qoyulub. Səbəb isə “Beynəlxalq Bank işi” ilə bağlı şahid sayılmasıdır.


Ötən ayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə kollegiyasının hökmü ilə Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. Ona 63 milyon 80 min manat məbləğində cərimə kəsilib.


Gəl ki, prezident postunu 2015-ci ilin dekabrında Rəşad Qasımova təhvil verən Nikolov hələ də Azərbaycanda qalmağa məhkumdur. Onu əvəzləyici isə işinin öhdəsindən əla gəlirdi. Təsadüfi deyil ki, komanda hazırda 3-cü pillədədir, klubun işləri yolunda gedir. Ancaq Qasımov ötən ay gözlənilmədən postundan istefa verdi.


Rəhbərliyin qərarına əsasən, prezident səlahiyyətlərinin müvəqqəti icrası klubun təhlükəsizlik idarəsinin rəisi Rüfət Abdullayevə həvalə olunub. Lakin klubu faktiki olaraq “İnter” Müşahidə Şurasının sədri olan Yohann Enqbrext idarə edir. Yeni prezidentin təyinatı isə yubanır. Bəlkə də, heç olmayacaq da...


Yeri gəlmişkən, Enqbrext yeganə şəxsdir ki, Müşahidə Şurası sədridir və klubu özü idarə edir. O, "İnter"ə maliyyə naziri Samir Şərifovun istəyi ilə gətirilib. Almaniya “Commerzbank”nın 5 ildi ki, Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən alman Samir Şərifovun ailəsinə məxsus biznesin ortaqlarından biridi.


Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X