Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, 1/8 finalın bu gün başa çatan ilk iki qarşılaşmasında “Neftçi”, “İnter”, AZAL və "Sumqayıt"ın rəqibləri bəlli olub.
Səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə yenən "Zirə" "Neftçi"yə rəqib olub. Rəqib meydanında "Şahdağ"ı 5:1 hesabı ilə məğlub edən "Kəpəz" isə yarımfinala vəsiqə uğrunda "İnter"la qarşılaşacaq. "Zaqatala"nlı penalti seriyasında udan "Qəbələ" isə AZAL-la üz-üzə gələcək. "Səbail"i 5:0 hesabı ilə yenən "Qarabağ" isə "Sumqayıt"a rəqib olub.
Azərbaycan Kuboku
1/4 final
11-13 və 20-21 dekabr
Zirə - Neftçi
İnter - Kəpəz
Qəbələ - AZAL
Qarabağ - Sumqayıt
Fanat.Az