Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində "Maynts"ın qonağı olacaq "Qəbələ"nin səfər planı müəyyənləşib.
Əyalət təmsilçisinin mətbuat katibi Anar Hacıyevin Fanat.Az saytına verdiyi məlumata görə, "qırmızı qaralar" dekabrın 7-də Almaniyaya yollanacaq. Uçuş saatı isə 10:30-dur.
Almaniyada oyun öncəsi son məşqini keçirəcək "Qəbələ" "Hyatt" otelində məskunlaşacaq.
Qeyd edək ki, dekabrın 8-də keçiriləcək "Maynts" - "Qəbələ" matçı saat 22:00-da başlayacaq.