AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunlarında qeydə alının qayda pozuntularına hüquqi qiymət verib.
AZAL - “Rəvan” matçının 90+1-ci dəqiqəsində qonaqların futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalandırıb, klubu 640 manat cərimə edib.
“Qarabağ” - “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ” klubuna xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.
“İnter” “Qaradağ Lökbatan”la oyunda 4, “Qəbələ” “Zaqatala” ilə matçda 5 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib.
Fanat.Az