18:03 07.12.2016 611

"Bu görüş əvvəlkilərdən vacibdi"- Qurban Qurbanov

“Qrupda son oyunumuzdu. Hər bir oyun nə qədər vacibdisə, digəri ondan da lazımlıdı. Sabahkı görüş də əvvəlkilərdən vacibdi”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində son matçını sabah “Fiorentina”ya qarşı keçirəcək.

 

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov işlərinin çətin olacağını bildirib: “Rəqibimiz İtaliya komandasıdı. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədi qrupdan çıxmağa çalışırıq. Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçuların həmişəkindən daha diqqətli olmaları vacibdi. Onların üzərinə böyük məsuliyyət düşəcək”.

 

- “Böyük beşlik” ölkələrinin komandalarına qarşı Bakıda daha yaxşı oynayırsınız. Sabah nə gözləyək?

- Belə oyunlarda rəqib mane olur. “Fiorentina” digərlərindən də təhlükəlidi. Daim fərqli hücumlar, yerdəyişmələr edirlər. Yeni məşqçi gələndən sonra fərqli oynayırlar. Düşünə bilərik ki, İtaliya komandaları topla oynamağı sevmirlər. Amma “Fiorentina” digərlərindən fərqlənir.

 

- Rəşad Sadıqov sabah meydanda olacaqmı?

- Oynamaq ehtimalı var. İndi elə vəziyyət yaranıb ki, qərarı özü verəcək. PAOK-la görüşdə mən israr etmişdim. Amma indi diz zədəsidi. Həkimlər ehtiyatlanırlar. Mən istərdim meydanda olsun. Amma özü tam əmin olsa, oynamasına şad olaram.

 

- Bu oyun psixoloji baxımdan komandaya necə təsir edə bilər?

- Futbol digər idman növlərindən fərqlənir. Burda ilboyu yarış davam edir və bir il hərtərəfli hazır olmalısan. Təbii ki, psixoloji amil təsir edə bilər. Bunun hamısı məsuliyyətdən irəli gəlir. İstəyirik azarkeşləri üzməyək, onlara qələbə bəxş edək. Məğlub olmaqdan qorxmamışam, amma azarkeşləri üzməkdən narahat olmamışam.

 

- İki il əvvəl “İnter”lə matçda hakimin səhvi sizin mərhələ adlamağınıza mane oldu. Bunu unuda bilmisiniz?

- Həmin vaxt “İnter” liderliyi təmin etmişdi. Amma “Fiorentina” tam məsuliyyətlə gəlib, qrupu lider kimi bitirmək istəyir. “İnter”lə görüşü unutmuşuq.

 

- Rəqib “Fiorentina” barədə nə deyə bilərsiniz?

- Son vaxtlar elə də uğurlu olmasalar da, axırıncı matçda qalib gəliblər. Hazırkı baş məşqçi öz sisteminə görə futbolçu yığır. “İnter”ə böyük hesabla uduzsalar da, oyun fərqli keçdi. Azlıqda qalarkən 2 qol vurmaları onların gücündən xəbər verir. Son vaxtlar daha yaxşı oynayırlar. Oyun sayları çoxdu, əllərində potensiallı futbolçular var. Bizdə isə Maksim və Miçelin yoxluğu problem yarada bilər. “Fiorentina” sistemi ən doğru yerinə yetirdiyi vaxtdadı.(Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X