13:48 10.12.2016 718

Yubileyin mübarək, İbrahim!

Əmircana bağlı olan iki həmkarımızın ad günləri ardıcıl günlərə təsadüf edir. Özü də bu dəfə yubileylərini qeyd edirlər. Sadəcə, aralarında 10 yaş fərqi olduğundan biri 40, digəri 30 illiyini keçirir. Böyük yubilyar Vugar Xilelidirsə, kiçik yubilyar Ibrahim Futbolxeberdir. Bizim İbonun bu gün 30 yaşı tamam olur.


Vaxtilə Əmircanda yaşamış, soyadı Cəfərov olan yubilyar indi daha çox İbrahim Futbolxeber kimi tanınır. Bu da onun yaratdığı, baş redaktoru olduğu Futbolxeber.az saytı ilə bağlıdır. İbrahimin yaşı bizlərlə müqayisədə az olsa da, onu da "köhnə qvardiya"dan saymaq olar. Hər halda, o da ilk addımlarını qəzet jurnalistikasında - "525-ci qəzet"də atıb. Həmin vaxtdan tanıdığı Mirhacib Mecid, Aydin Bagirovla sonradan Qol.az saytında yolları kəsişib, bu saytın ilk illərində çalışıb.


Cəfərovun karyerasında əsas dönəm isə klub infrastukturu ilə bağlıdır. "Bakı"da fan-klubdan başlayan fəaliyyət ardından mətbuat katibi, sonda isə tərcüməçi kimi olub. Elə bizim şəxsi tanışlığımız da "Bakı"dan başlayıb. Bu isə düz il öncə "Sioni" ilə Çempionlar Liqası oyununa Tiflisə qatarla yolçuluqda olub.



Sonralar bu səfərlər çox olub və təkcə "Bakı" ilə yox, "Qəbələ" ilə də bağlı olub. Məhz "qırmızı-qaralar"la səfərlər zamanı məşhur trio - Mehman Suleymanov-Ceyhun Aliyev-Ibrahim Futbolxeber yaranıb. Bunun tarixçəsi isə "Qəbələ"nin "Simurq"la Zaqataladakı oyununda - 2015-ci ilin fevralında Roman Qriqorçukun yeni gəlişində Şurikin kinokomediyasında Morqunov-Nikulin-Vitsin məşhur triosunu xatırladan bənzətmə ilə başlayıb. Ümumiyyətlə, həmin il bizim üçlüyün fotolarla yaddaqalan oldu.


Əlbəttə. bunlar xoş xatirələrdir və həyatda onların olması önəmlidir. Eləcə də ad günləri həyatın yaddaqalan anlarından biridir. Xüsusi də yubileylər.


İbrahim, bu gün belə bir əlamətdar günü yaşayır, bununla əlaqədar təbrikləri qəbul edirsən. Mən də bunlardan biri olmaqla yanaşı, təbrikimi sənə özünəməxsus şəkildə çatdırıram. Sənə ilk növbədə möhkəm can sağlığı, işlərində uğurlar, çalışdığın sahədə xaricin görüşün kimi, yəni ağır çəkili olmağı, "Futbolxeber"də hədəflərinə çatmağı, saytının heyətini istənilən sayda genişləndirməyi və özünün dediyi kimi, sonda "stadion" tapmağı arzulayıram.


Bizim idman jurnalistlərinin məşhur döyüşlərində baş qəhrəman İlkin Xalilova nəhayət, qalib gəlmək sevincini (bu, nə qədər çətin olsa belə) yaşamağı diləyirəm.


Ən nəhayət, ailə səadəti və bunda gözlədiyin xoş anın həyata keçməsini arzu edirəm. Həmin günə isə az qalıb...


Təbiklər, İbo!


Mehman Süleymanov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X