10:15 12.12.2016 794

"Mircavadovu baş məşqçi götürəydilər, almannarı da pulnan alardı" - "Çayxana söhbəti"

Rusiyadan qayıdandan sonra köhnə dostuyla Uzun Səfərin xudmani çayxanasında görüşən adam yenə eyni məkandaydı. Gözünün altı göyərmiş, bəbəklərində insan iztirabının kölgəyəbənzər təsviri donmuşdu. Yaxşı ki, bir həftə əvvəl dərdləşdiyi arxadaşı özünü çox gözlətmədi.

- Qaqa, gözünün altına nooluf? Dəəsən Allanın zibilinə düşmüsən.
- Ə, Allah saa nəhlət eləsin... Mən saa dedim bu kopoyoğlunun rusunu “feyzbuk”da paylaş? 

- Arvad vuruf səni? Bizi biabır eləmə, ə. Arvad vuruf?
- ...

- Sən öl, arvad vurufsa, mən evə gedəjəm. Deyirəm, arvad vuruf?
- Yox e, yox. Arvad məni vurmağ istiyəndə əyağım sürüşdü. Gözümün altı skavarodkanın qırağına dəydi... Allah saa nəhlət eləsin...

- Ə belə de dana. Mən də elə bildim arvad qoyuf dağıdıf gözünün altın. Utanırdım ə əvəzinə! Üzünə tüpürüf gedəjəydim, tova. Bekara şeydi, vejinə alma. Düzələr.
- Nəysə... Tez, get o şəkli sil. Ya da altından yaz ki, tanışımızdı, bajımızdı. Nə bilim nə istəsən. Ya da gəl bizə, arvada başa sal ki, zarafat eləmisən. Mənə nəysə deməyə duxu çatmır. Ürəyində xiffət eliyir dana, qaqa.

- Vejinə də alam. Bir gözlə kimdi səni tanıyan? Yoluna qoyaram.
- Maa bax e, qaqa, deyillər Ruslan Abışov evlənif. Düzdü? 

- Hə, qaqa. Şəkillərini “feyzbuk”da görmüşəm. 
- Danışma! “Feyzbuk”dan danışma! Danışma-a-a-a!!!

Bu yerdə Səfər işə qarışmalı oldu. “Ayə, petləbaş, nə anqırırsan, ə? Meşədəsən? İçdiyin 1 maatdıx çaydı. Bayaqdan 10 maatdıx kilyent qaçırtmısan! Ya sakit iç, ya da dur bas bayıra! Elə Mıdı sizi öz çayxanasınnan buna görə qovufdu” sözləri aranı sakitləşdirdi...

- Düz deyir, anqırma... “Qarabağ”ın oyununa niyə gəlmədin?
- Sən getmişdin ki, guya?

- Ordaydım... Daşdəmirov italyannardan oynamasa da, uduzdu bizimkilər.
- Bə deyirdin, Arif olardan oynamasa, udajaxlar, nooldu?

- Ə,  Seyid Lazım Ağanın cəddi haqqı, Daşdəmirov oynasa, 6-7 dənə qoyajaydılar. 
- İndi neçə dənə vurdular bizə?

- 2 dənə. Birin Əfrannan Şehiç köməhləşdi vurdu. O birin də oların oyunçusuynan Şehiç.  
- Ə hamısın sudya eliyif! Xətai Məmmədov eliyif! Onun o pulgir ... Nə idə onun adı? Rəhim eliyif!

- Xətai kimdi? Rəhimi kimdi ə buraxan Avroliqaya? Xaqanini deyirsənsə, onluq döyül.
- Bə o gün tilvizirdə demirdi ki, bizim gənc hakim 1-ci kalqotka alıf?

- Nə alıf?
- Kalqotka dana. Kalqotka alanda UEFA-da oyun vermillər?

- Ə yavaş, ə, yavaş. Dəən saa babat dəyif ha, skavarotkanın qırağı. Eşidən olar, elə biləllər üzdənirax-zadsan. Kalqotka nəyə deyirsən? Ka-te-qo-ri-ya!
- Hə, hə... 1-cidən alıf Rəhim! Onu deyirəm. 

- Xaqani Məmmədov Əliyar Ağayevdən danışırdı. Onu da yalannan deyif. Nə kalqotka dəyişifdi, nə də kateqoriya.
-“Qarabağ” ta fso?
- Fso! Qaldı gələn ilə...

- Bəs “Xəzər Lənkəran”?
 - Qaqa, sən zırranmısan? Yoxsa, skavarotkanın güjünnəndi? “Xəzər” 1 ildi fso!
 
- Yox e o birin deyirem. Qırmızı qoftalıları.
- Uduzdular... Almanlara da uduzdu. “Maynts”a...

- Gərəh Ağasəlim Mircavadovu baş məşqçi götürəydilər. İtin balasıdı, bir az güj versə, almannarı da pulnan alardı, o.  Adam sənətkarıydı, sənətkar. Mən olsam, Əsgər Abdullayevi yığmaya, Mircavadovu da “Qəbələ”yə baş məşqçi qoyardım. 

- Dur e, dur gedəh. Görüm o skavarodka niyə belə əsəbiymiş... Çay var evdə?
- Yarım kilo şaqalat alsan, tapılar.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X