"Başakşehir"in təcrübəli kapitanı Əmrə Belözoğlu "Trabzonspor"la oyundan sonra çarpıcı açıqlamalarla diqqət çəkdi.
Fanat.Az xəbər verir ki, rəqibi 1:0 məğlub etdikləri oyundan sonra trabzonlu azarkeşlərin söyüşləri ilə üzləşən Belözoğlu üsyan edib.
"Matçdan öncə meydana çıxanda "Allah, bismillah, Allahuekber" deyib sonra mənə ana və arvad söyüşləri söydülər. Yaraşırmı? Sizlər ölkə üçün bura gəlirsiz yoxsa Əmrə Belözoğlunu söymək üçün?
36 yaşım var, anam, həyat yoldaşım bunlar haqq etmir. Trabzon bu ölkənin ən millətçi adamlarının yetişdiyi yerdi. Bu gün, sabah onlara haqqımı halal etməyəcəm. Bunlar mənim hallığımı almadan zaman keçirməyəcəklər".
Fanat.Az