"Qarabağ"ın legionerləri Bakını tərk edib. Fanat.Az xəbər verir ki, əcnəbi futbolçular kubok oyununu gözləmədən istirahətə yollanıb.
Belə ki, "Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"ı 6:0 hesabı ilə yenib. Sabah baş tutacaq cavab oyunu formal xarakter daşıyacaq. Bu matçda əsasən yerli və az oynayan futbolçulara şans verəcək baş məşqçi Qurban Qurbanov legionerləri istirahətə buraxıb.
Fanat.Az