17:02 20.12.2016 675

"Ağlıma gəlməzdi ki, 34 yaşımda..." - Rəşad Sadıqov

İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğuda ilin futbolçusu seçilən “Qarabağ”ın və Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. 34 yaşlı müdafiəçi 2016-cı ili dəyərləndirib.

 

- Başa çatmaq üzrə olan 2016-cı ili özünüz üçün necə dəyərləndirirsiz?

- Bu il, həqiqətən də, mənim üçün uğurlu keçdi. “Qarabağ”ın heyətində həm çempion oldum, həm ölkə kubokunu qazandım, həm də Avropa Liqasında qrup mərhələsində iştirak etdim. Millinin heyətində isə 4 oyuna 7 xal topladıq və qrupdan çıxmaq şansımızı saxladıq. Düşünürəm ki, bu il karyeramın bəlkə də ən uğurlu illərindən biri oldu. “İlin oyunçusu” adına layiq olan çox futbolçu var idi. Mənə səs verib, bu yerə layiq görən insanlara minnətdarlığımı bildirirəm. Komanda nəticəsinin əsas olduğunu nə qədər desək də, hər bir futbolçu belə uğurları da əldə etmək istəyər. Messi və Ronaldo da dillərinə gətirməsələr belə, ilboyu əllərindən gələni edirlər ki, sonda ilin futbolçusu olsunlar. Bu mənada, mənim üçün də çox sevindirici haldı. 34 yaşda bu ada layiq görülmək daha xoşdu. Mən klubda, həm də millidəki komanda yoldaşlarıma minnətdaram. Onlarsız nəyisə əldə etmək mümkün deyildi. Həm “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, həm də millinin çalışdırıcısı Robert Prosineçkiyə minnətdarlığımı bildirmək istəyirəm. Onların üzərimdə böyük əməyi var. Mənə çox inanıb, etibar edirlər, güvənirlər. Bu da mənim üçün özünə inanmaq mənasında, ən vacib amillərdən biridi.

 

- Siz kimi ilin ən yaxşı oyunçusu seçərdiz?

- Çox futbolçu oldu ki, bu il özlərini yaxşı tərəfdən göstərdilər. Qara Qarayev, Maksim Medvedev, Kamran Ağayev və Rəşad Sadiqovu birinciliyə layiq görərdim.

 

- Messi və Ronaldo müqayisəsində kimi üstün görürsüz və nəyə görə?

- Zövq deyilən bir şey var ki, fikir ayrılığı ondan irəli gəlir. Son dönəmlərdə Ronaldoya simpatiyam artıb. Uğurlar əldə etməsinə baxmayaraq, doymur, daim işinə ciddi yanaşır. Sırf futbolçu kimi götürsək, Messini daha üstün tuturam. Amma meydançada son dönəmlərdə Ronaldo daha istəklidi və bunun bəhrəsini həm Avropa çempionu, həm Çempionlar Liqasının, həm də klublararası dünya çempionatının qalibi olmaqla gördü. Bu, boşuna deyil. Amma Messi daha yaradıcı və gözəl futbolçudu.

 

- Bu il qazandığınız uğurları nəzərə alsaq, Rəşad Sadıqovun gündən-günə cavanlaşdığını deyə bilərikmi?

- Çox xoş haldı. Sözün düzü, heç vaxt ağlıma gəlməzdi ki, 34 yaşda ilin futbolçusu seçilərəm. Sonuncu dəfə 32 yaşımda ilin ən yaxşı oyunçusu adına layiq görüləndə “tamam” dedim. Cavan yaşlarımdan qarşıma məqsəd qoymuşdum ki, 4 dəfə ilin futbolçusu seçilim. Çünki rekord 3 dəfə bu ada layiq görülən Samir Ələkbərovda idi. Mənim üçün 4 dəfə bu uğura imza atmaq çox önəmli idi. Bu, idman prinsipləridi. Amma 34 yaşımda, 5-ci dəfə ilin futbolçusu seçiləcəyimi gözləmirdim, mənim üçün çox sevindirici haldı.

 

- Rəşad Sadıqov üçün ilin ən kritik, unudulmaz anı hansı idi?

- Norveçlə oyun kritik anlardan biri idi. Bundan əlavə, “Höteborq”la matçı da deyərdim. Onlara qalib gəlib mərhələni adlamasaydıq, bəlkə də, komandada böyük çöküş yaranacaqdı. Həmin görüşdə vurduğum qol və Norveçlə oyundakı bəzi kritik epizodlar mənim üçün ən vacib məqamlar idi.

 

- “Qəbələ” “İnter”ə qalib gələ bilməməyinizdən faydalanaraq, aradakı xal fərqini 1-ə endirdi...

- Qarşımızda “İnter” kimi çətin rəqib var idi. Özünüz də bilirsiz ki, “İnter” həm “Qəbələ”, həm də “Qarabağ”la hər iki oyunun heç birində məğlub olmadı. Deyərdim ki, biz bu oyunda 1 xal qazandıq. Düzdü, xeyli sayda qol imkanlarımız oldu, amma istifadə edə bilmədik. Bəzən elə oyunlar olur ki, qalib gəlirsən, lakin o qədər də həzz ala bilmirsən. Ancaq “İnter”lə matç elə oyun idi ki, xal itirsək belə, görüşdən sonra hamı razı idi. Şəxsən mən özüm çox xoşbəxtəm ki, meydançada o cür mübarizə getdi. Ağır hava şəraitinə baxmayaraq, istər “İnter”, istərsə də “Qarabağ” yaradıcı futbol oynamağa çalışdı. Bizdə bu alınırdı, sadəcə son nöqtəni qoya bilmədik. 3 gündən bir oyunlar keçirdiyimizi və digər məqamları nəzərə alsaq, qış fasiləsinə “Qəbələ”dən 1 xal öndə getmək bizim üçün yaxşı nəticədi. Təbii ki, 3-4-cü dövrələrdə bizi gərgin mübarizə gözləyəcək. İstərdim ki, kim güclüdüsə, Allahın izni ilə o da qalib gəlsin.

 

- Cari mövsümə nəzər yetirib, ideal “11-liy”i açıqlamağınız maraqlı olardı...

- Bir az düşünmək lazımdı. Birdən-birə 11 nəfərin adını çəkmək çətin olar

 

- Necə düşünürsüz, ilin futbolçusu seçilməyinizdə “Qarabağ”dakı oyununuz həlledici rol oynadı, yoxsa millidəki?

- Təbii ki, paralel olaraq, hər iki komandadakı oyunum rol oynadı. Fikrimcə, laureat ilboyu stabil oyun nümayiş etdirməlidi. Komanda şəklində qazandığı nəticələr də çox önəmlidi.

 

- Millimiz cari seçmə mərhələnin əvvəlində azarkeşləri sevindirdi. Növbəti ildə də bunu edə biləcəksizmi?

- Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, öz meydanımızda Şimali İrlandiya ilə matç bizim üçün final oyunu olacaq. Almaniyaya qarşı da mübarizə aparacağıq. Amma qrupun kritik görüşü Şimali İrlandiyaya qarşı olacaq. Əgər ondan 3 xalla ayrıla bilsək, növbəti matçlarda nəyəsə ümid edə bilərik.(Apasport.az)


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 6 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

Facebookdan bizi izləməyi unutmayın.
X