16:25 21.12.2016 1097

AFFA "Neftçi" PFK-nın təsisçisini açıqladı - MÜSAHİBƏ

"Neftçi"nin gerçək sahibinin və təsisçisinin kimliyi barədə araşdırmalarımız davam edir. Ötən yazıda qeyd etmişdik ki, bu yöndə atılacaq bir neçə addımımız qalıb. Bunlardan biri də AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət etməkdi.


Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla bu və digər məsələlərlə bağlı danışdıq. Öncədən səmimi cavablara görə AFFA rəsmisinə təşəkkür edib bildirək ki, növbəti yazılarda Elçin bəyin müsahibəsindən sitatları təqdim edəcəyik. Bu səbəbdən müsahibəni əvvələcədən oxumağınız məsləhətdi.


- Azərbaycan klubları lisenziyalaşdırma tələblərini tam yerinə yetirə bilirmi?

- Təbii ki. Lisenziya üçün müraciət edən klub bizə təşkilati, hüquqi strukturu və nizamnaməni təqdim edir. Biz baxırıq klubun təssisçisi kimdi və s. Bunu UEFA tələb edir və hər il bu məlumatları quruma göndəririk. Söhbət avrokuboklar üçün lisenziya almaq istəyən klublardan gedir.


- AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bildirib ki, klubun 150 min büdcəsi var. I divizion klublarından isə 300 minlik bank təminatı tələb olunur. Premyer Liqada bu hədd nə qədərdi?

- Əsas maliyyə tələbi klubun borclarının olmaması ilə bağlıdı. Bank zəmanəti odu ki, hər hansı bank klubun mövsümün gedişində maliyyə problemi yaranacağı halda onu həll edəcəyinə zəmanət verir. Premyer Liqada bank zəmanəti 300, avrokuboklar üçün 500 min manatdı. Mən hansısa klubun büdcəsi barədə danışa bilmərəm. Amma baş məşqçi 150 min deyirsə, bu o demək deyil ki, klubun tam büdcəsi 150 min manatdı. Bəlkə baş məşqçi sadəcə futbolçular üçün ayrılan büdəcədən danışır. Klub təkcə 20 futbolçudan ibarət deyil. Uşaq futbolu var, infrasturuktur var...


- AFFA və PFL-n müstəqil klubların idarəçiliyinə müdaxilə etmək hüququ varmı?

- İcraiyyə Komitəsi hansısa qərar qəbul edilibsə, bu məcburidir. AFFA-nın nizamnaməsi var və həmin sənədə uyğun fəaliyyət göstərir. Bu lisenziyalaşdırmaya aid olan məsələ deyil. Bununla bağlı hüquqşunasa müraciət etsəz, yaxşı olar.


- "Neftçi" PFK MMC-nin təsisçisi kimdir?

- Klub mətbuata açıqlamasında bildirib ki, "Neftçi" İK İB "Neftçi" PFK-nın təsisçisidi. Məsələ həqiqətən belədi. Bu barədə klub artıq açıqlama verib və buna görə mən bunu təsdiqləyə bilərəm. Amma başqa bir klubla bağlı müraciət etsəz, açıqlaya bilmərəm. Elə klublar var ki, ictimaiyyətin təsisçinin kimliyini bilməsini istəmir.


- Klubun Ədliyyə Nazirliyindən keçən sənədində rəhbər olaraq kimin adı göstərilib?

- Burda rəhbər deyil, klubu təmsil edəcək şəxs göstərilib. Sonuncu versiyada icraçı direktor Orxan Hüseynzadə göstərilib.


- AFFA İcrraiyyə Komitəsinin qərarı ilə klublarda yaradılan Müşahidə Şuralarının klub idarəçiliyində səlahiyyəti nə dərəcədədi və Lisenziyalaşdırma Komitəsindən keçməsi mütləqdimi?

- Bu tələbdi və qərar var. Klublar bizə hər il Müşahidə Şurasının tərkibini təqdim edirlər. Hər bir klub bizə Müşahidə Şurasının üzvlərinin sayını və adını verməlidir. Lisenziya alan klublar bu siyahıları bizə təqdim edib.


Fanat.Az


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
23:25

"Arsenal" heyətini gücləndirib

22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

Facebookdan bizi izləməyi unutmayın.
X