"Başqa klublara göndərdiyimiz futbolçuları birillik icarəyə vermişik. Qaytarmaq ehtimalımız yoxdu. Amma çox istərdik ki, “Sumqayıt”dan Yusif Nəbiyevi qaytaraq". Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib.
Klub rəsmisi bəzi futbolçuları icarəyə verə biləcəklərini bildirib: "Ola bilsin ki, heyətdəki bir neçə gənc oyunçunu da icarəyə verdik. Çünki futbolçu az oynadıqda onda geriləmə müşahidə olunur. Adları baş məşqçi ilə də razılaşdırmışıq. Amma tam dəqiq deyə bilmərəm".
Sadiq Quliyev “Zirə”də əsas heyət üzvü olsa da, “Qəbələ”yə qayıtdıqdan sonra nadir hallarda meydana çıxır. "Düşünmürsünüz ki, onun “Zirə”də qalması daha yaxşı olardı" sualına Fariz bəy belə cavab verib: "Sadiqi yenə hansısa komandaya icarəyə vermək istəyirdik. Çox təəssüf ki, “Zirə”də bir qədər uğursuz çıxışı onun başqa komandaya getməsinə imkan vermədi".
Fanat.Az