Saytımızın izləyiciləri Neftçala futbolunda baş verənlərdən xəbərdardı. Lakin qısaca xatırlatma: "Neftçala" rəhbərliyi "Kəpəz"lə oyunda qələbəyə görə komandaya böyük məbləğdə mükafat vəd etməsi, amma 3:0-lıq matçdan sonra futbolçulara cəmi 120 manat paylanması barədə xəbər vermişdik. Bu informasiyanın geniş rezonans doğurduğunu görən klubun icraçı direktoru Vidadi Məmmədov redaksiya ilə əlaqə saxlayaraq mənbənin kimliyini tələb etmişdi. Əməkdaşımızın onlara “təkzib vermək istəyirsinizsə, buyurun” deməsi Vidadi bəyi özündən çıxarıb: “Mən təkzib yox, mənbənin kimliyini tələb edirəm” demişdi. Əslində klub rəsmisinin bu cür narahatçılığından şübhələnməyə dəyər. Təkzib əvəzinə xəbərin saytdan çıxarılmasını tələb edən Məmmədovun qorxduğu sponsor şirkətin məsələdən xəbər tutması idi.
Bu gün mətbuata açıqlama verən Vidadi Məmmədovun fikirləri ilə tanış oldum və güldüm. Bu insanın iki dənə də qanadı olsa, deyərsən ki, mələkdi.
İnsana qanad versən, olsa-olsa TOVUZquşu olar, mələk, əsla...
Qayıdaq mətləbə.
Vidadi bəy öz açıqlamasında bəndənizin neftçalalı olmasını biləndə "informasiyanın kimdən çıxdığını bildim" deyib.
Ağ yalandı. “Neftçala”da hətta top daşıyan da neftçalalı deyil. Yerli futbolçuların hamsını klubdan uzaqlaşdırmaqla məşğul olan Məmmədov rayon əhalisinin nifrətini qazanıb. Azarkeşlər “Neftçala”nın oyunlarına getmir. Dəfələrlə AFFA-ya şikayət məktubu ünvanlayan rayon sakinlərinin şikayətinə baxan yoxdu. Yerliləri komandadan uzaqlaşdıran Məmmədov klubda nə istəyir, onu da edir.
Bölgələrdə futbolun inkişafı deyəndə göz önündə həm də yerli əhalinin işsizlik probleminin həllində dövlətə cüzi də olsa yardım canlanır. Sözügedən klub rəsmisi nəinki bu məsələdə yardım edir, hətta sponsor şirkətə uydurduğu yalanlarla yerli istedadları klubdan uzaqlaşdırır. Nurəli, Fəxrəddin Mürvətov kimi futbolçular buna misaldı. Yerli 17-18 yaşında kifayət qədər istedadlı futbolçusu olan rayonda seleksiya işi aparılmır. Səbəbi isə Tovuz rayonundan olan Vidadi Məmmədovdu. Tovuzdan 3-4 futbolçunun, komandanın baş məşqçisi Bəhram Şahquliyevin oğlu Mübarək Şahquliyevin komandaya gəlişi yerliləri didərgin salıb. “Nə qədər mən burdayam, bundan sonra bir neftçalalı evinə çörək aparmayacaq” deməsi də insanın yerli əhaliyə qarşı hansı münasibətdə olduğundan xəbər verir.
Bəli Neftçaladanam və əlimdən nə gəlirsə edəcəm ki, orda yerli istedadlar itməsin. Bunu Azərbaycanın bütün bölgələri üçün də edərəm. Həmkarlarımdan da xahişim var. Yazdıqlarıma “sifarışlidi” donu geyindirirlər. Səbəb isə Neftçaladan olmağımdı. Dostlarım və həmkarlarım, rayonun ixtiyari bir yerində klubla bağlı sorğu keçirin. Görün nələr eşidəcəksiniz. Həm də mənə dəstək vermiş olarsınız.
Ən gülməli məqam isə Məmmədovun açıqlamasında son cümlədi:
“Bunu yazan kimdisə, özünü kəlin buynuzuna keçirməsin”.
Bilmirəm bu kəldi, kəlçədi, nədi, amma bir insan ki, özün heyvana bənzədir, bura qədər yazdıqlarımın içinə ...
Əli Sahib