15:56 31.12.2016 1013

Jurnalistlərin "Xoruz ili" ilə bağlı arzu və proqnozları

Yeni il yeni gözləntilərlə gəlir. Fanat.Az idman mətbuatında külüng çalan insanların "Xoruz ili”ylə bağlı arzu və proqnozlarını diqqətinizə çatdırır.

Mahir Rüstəmli ("Futbol+”in baş redaktoru): "Dünyada və ölkəmizdə iqtisadi böhranın get-gedə dərinləşdiyini nəzərə alsaq, futbolla bağlı qeyri-adi gəzləntilərim yoxdu. Ölkə çempionatında iştirakçı sayının artacağı ilə bağlı səslənən nikbin fikirlərin gerçəkləşəcəyinə ümid edirəm. Eyni zamanda divizionlararası keçid prosesində reqlament pozulacaqsa, qəti şəkildə bunun əleyhinəyən. Düzünə qalsa, əsas gözləntilərim yığma ilə bağlıdı. Ölkənin əsas komandası 4 oyuna 7 xal qrafikinin davamını gətirə bilərsə, buna yalnız sevinərəm. Bundan başqa, Azərbaycan çempionatının qalibi də qəhrəmanlıq edib artıq ÇL-in qrupuna düşməlidi. "Qarabağ”ın ardıcıl 3, "Qəbələ”nin isə 2 il qrupa düşməsinin ardından növbəti məntiqi nəticə məhz Çempionlar Liqasının qrupu olmalıdı. Təbii ki, danışılmış oyunlarla bağlı araşdırmanın necə sonuclanacağı da mənə çox maraqlıdı”.


Rəşad Ergün (komanda.az saytının baş redaktoru): "Artıq indidən ölkə üçün verilən proqnozlardan belə anlaşılır ki, 2017-ci ildə 2016 kimi ağır keçəcək. Təbii ki, ölkədə iqtisadi vəziyyət ağır olacaqsa, bu, futbola da birbaşa təsir edəcək. AFFA növbəti mövsüm - il üçün Premyer Liqada klubların sayını artırmağı düşünür. Hesab edirəm ki, belə də olacaq. Amma kəmiyyət artımına baxmayaraq, elitada futbolun keyfiyyəti bir qədər də aşağı düşəcək. Zatən Premyer Liqada AZAL kimi yarımpeşəkar klub var. Növbəti ildə yarımpeşəkar, maliyyə baxımından olduqca zəif klubların sayı çox olacaq”.


Elçin Cəlilov (futbolpress.az saytının baş redaktoru): "Azәrbaycan futbolunun yetişdirәn vә istehsal edәn prosesi olmadığı üçün nәinki gәlәn il, belә davam edәrsә, hәmişә axsayacağını düşünürәm. Ölkә futbolu pul qazanmır, yalnız mәsrәf edir. Bu, anormal haldı. Belә prosesә hörmәt vә inam olmaz. Süni vә zәif tamaşa formatında - sadәcә, bir qrup şәxsin mәnfәәti üçün davam edir. Bununçün inkişaf proqramı hazırlanmalıdı. Dәbdәbәli yox, işlәk mexanizmi olan proqram. 10 illik Dövlәt Proqramının faydası olmadı. Desәlәr ki, niyә, klublarımız Avropada nәticәlәr qazandı, bunun o proqrama zәrrә qәdәr aidiyyatı yoxdu. Çox pul mәsrәfi qarşısında gәlәn nәticәlәr zәrrәdir. Futbolda pul azalıb. İndi baş vә әl işlәtmәk dövrüdü. Görәk bacararlarmı. Tamamilә varlığını puldan asılı quranlar cib boşalan kimi süquta uğradılar. Gәlәn il daha ağır olacaq. Belәdә klubların pulun hesabına yox, işlәmәklә pul qazanmağın hesabına fәaliyyәt qurmağı bacarıb-bacarmadıqları görünәcәk”.


Amal Abuşov (sport7.az saytının redaktoru): "Xoruz ili” mənə doğmadı. Çünki özüm də 1981-ci ildə, "Xoruz ili”ndə doğulmuşam. 2005-ci il mənim üçün pis keçməmişdi. Əminəm ki, növbəti il də elə olacaq. Şəxsi planda gözləntilərim çoxdu. Kreditlərimdən biri iyul ayında bitəcək, bir az nəfəs alacam. Çalışacam ki,” Xoruz ili”ndə kreditə girməyim. Bu il Emin 1-ci sinfi bitirəcək. Çox istərdim ki, dərs ilini əlaçı kimi başa vursun. Uzun illərdən sonra "Xoruz ili”ndə yayda adam kimi istirahət etmək istəyirəm. Sport7.az saytı yeni ilin ilk günlərindən dizaynını dəyişəcək, oxuculara yeni görkəmdə, amma köhnə prinsipiallıqda sayt təqdim edəcəyik. Arzum budu ki, millimiz bu il rəqibləriylə xoruz kimi döyüşə bilsin, almanlar qanadlarımızı yolmasın. Hamıya gümrahlıq, döyüşkənlik arzulayıram. Cibiniz dolu, kefiniz saz olsun”.


Kənan Məstəliyev (rekord.az saytının baş redaktoru): "Xoruz ili”ndə futbolumuzdan ilin sonuna qədər canını tapşırmamağı, möhkəm dayaqlar tapıb, ayaq üstə qalmağı umuram. Sabit və peşəkar iş olsa, qələbələr, uğurlar özünü gözlətməyəcək, milli də, klublar da yaxşı çıxış edəcəklər. Düzü, çox nikbin deyiləm gələn illə bağlı. Çox çətin olacaq hər şey. Xüsusilə ciddi maliyyə problemləri futbolumuza zərbə vuracaq. 90-ların ortalarına qayıtma ehtimalımız var. Xoruz futbolumuzun xoş xəbərləri üçün banlayacaqsa, başımız üstə yeri var. Əks halda, heç qapıda saxlamasaq yaxşıdı...”


Saleh Arslan (korner.az saytının baş redaktoru): "Yeni ildə futbolumuza, ilk növbədə, Avropa meydanlarında qələbələr arzulayıram. Stadionlarımıza azarkeş, "baş"dan əziyyət çəkən federasiyalarımıza, klublarımıza yeni "başlar", "baş"ı işləyənlərə bolluca pul diləyirəm. Xoruz yeni günün başlanğıcının carçısıdır. Hərçənd, özüm də inanmıram, amma arzulamaq ki, sağlamlığa ziyan deyil: qoy 2017-ci il futbolumuz üçün yeni səhifə, yeni işıqlı sabah olsun”.


Ceyhun Rzayev (Xəzər TV-nin əməkdaşı): "Futbolda "xoruzlanmaq" çətin görünür. Bu bir ilin işi deyil. Heç olmasa, fərə olmayaq. Millinin seçmə mərhələdə record sayda xal yığması mümkündü. Yəni davamını gətirəcəyinə ümid var. Mübarizəni davam etdirməsi,bacardığı qədər döyüşməsi olduqca vacibdir… Klublarımızın ise AL-in qrup mərhələsi və ÇL-in pley-offuna yüksəlməsini istəyirəm. Gənc futbolçularımızın çox məşq etməsini, legioner heyatı yaşamasını arzulayıram”.


İbrahim Cəfərov (futbolxəbər.az saytının baş redaktoru): "İndiki maddi durumu nəzərə alsaq, 2016-cı ildəki nəticələrin təkrarlanmasını- 2 komandamızın Avroliqanin qrupunda oynamasını,millimizin daha 7 xal yığmasını da uğur saymaq olar.Yeni gələn ildə ən azı bu uğurları təkrarlasaq, yeter. Daha boyuk uğurlar qazanacağımız inandırıcı deyil. Amma arzulayıram ki, qoy gələn il "Neftçi” yuxudan ayılsın, "Bakı” və "Xəzər Lənkəran” qayıtsın”.


İxtiyar Əsgərov (apasport.az saytının baş redaktoru): "Bir neçə gündən sonra qarşılayacağımız 2017-ci ilin 2016-cı illə müqayisədə daha uğurlu olmasını arzulayıram. Təbii ki, reallıqla istəklərimiz üst-üstə düşməməsi mümkündü. Buna baxmayaraq, inamın da az olduğu, lakin ümid etdiklərimizin gerçəkləşməsini istəyirəm. Arxada qalan il müəyyən uğurlarla yadda qalsa da, ümumilikdə müsbət sayıla bilməz. Avrokuboklardakı uğurlara Çempionlar Liqasının pley-off mərhələsi və Avropa Liqasının qrupuna vəsiqənin son anda əldən verilməsi kölgə saldısa, yığma Belfastdakı darmadağınla xəyalları puç etdi. "Xəzər Lənkəran” və "Bakı” kimi klubların itirilməsi, "Neftçi”nin çökməsi, çempionatın 8 komandanın ümidinə qalması, aşağı yaş qruplarından olan yığmaların mərhələ keçə bilməməsi də 2016-cl ilə qara damğasını vurdu. Ümid edək ki, 2017-ci ildə bütün cəbhələrdə irəliləyiş olacaq. Lakin bu, ilk növbədə çempionatın daha yüksək səviyyəyə qalxmasından asılıdı. İki iddialısı olan 8 komandalı Premyer Liqa ilə inkişaf etmək olmaz. Çempionatda komanda sayının, təkcə kəmiyyətin deyil, həm də keyfiyyətin qalxacağına ümid edirəm "Neftçi”nin özünə gəlməsi, "İnter”in daha iddialı olması, "Bakı”, "Xəzər Lənkəran” kimi klubların dönüşü yalnız çempionatın deyil, ümumilikdə futbolumuzun xeyrinə olardı. Turnirin səviyyəsinin qalxması ilə avrokuboklarda da uğurlu nəticəyə ümid etmək olar. Son iki ildə olduğu kimi ən azı 2 klubumuzun Avropa Liqasının qrupunda oynayacağını gözləyirəm. Ancaq artıq bu rəqəmin də artmaq vaxtı çatıb. Çempionlar Liqasında təmsilçimiz olmasını, Avropa Liqasında isə yenə iki klubumuzun yer alması kimi istəyimiz gerçəkləşsə, 3 komandadan ən azı biri qrupdan çıxa da bilər. Növbəti yeni ili Avropada klubumuz qala-qala da qeyd edə bilərik. Təbii ki, bunun üçün də, millinin güclənməsi üçün də çempionat da inkişaf etməlidi. Hazırkı durumda yığmadan DÇ-2018 və ya onun pley-offuna vəsiqə gözləmək yersiz olardı. Lakin nüfuzdan başqa heç nə verməyən 3-cü yer uğrunda mübarizə gözləyirəm. San-Marino və Nörveçdən daha 3 xal almaq, Şimali İrlandiya və Çexiyaya uduzmamaqla müəyyən nəticə qazanmaq mümkündü. Xaricdə çıxış edən azərbaycanlıların klublarımıza cəlb olunması tendensiyasının əks istiqamətdə axınla əvəzlənəcəyini də arzu edirəm. Artıq xarici klublarda legioner həyatı yaşayan futbolçularımızın sayının artması vaxtı yetişib. Rusiya, Türkiyə, "ikinci eşelon” klublarındakı təmsilçilərimizin çoxluğu millinin də lehinə olar”.


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X