Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb və artıq III dövrəyə start verilib. Bu gün isə transfer pəncərəsi bağlanır.
Fanat.Az bu günədək baş tutmuş bütün futbolçuları, həmçinin Premyer Liqa təmsilçilərini tərk etmiş oyunçuların və müqaviləsi uzadılmış futbolçuların siyahısını təqdim edir.
Qeyd edək ki, "İnter" bu qış transfer edə bilməyib. Çünki FIFA Bakı klubuna transfer qadağası qoyub.
Qarabağ
Gələnlər: Elşən Abdullayev (Neftçi), Ağabala Ramazanov (İnter).
Gedənlər: Namiq Ələsgərov (Neftçi), Emil Balayev (Səbail, icarə), Reynaldo Silva (Adanaspor, Türkiyə).
Müqavilə müddəti uzadılanlar: Yoxdu.
Qəbələ
Gələnlər: Araz Abdullayev (Neftçi), Daniel Subotiç (Şerif, Moldova), Rasim Ramaldanov (Kolxeti, Gürcüstan).
Gedənlər: Sadiq Quliyev (Zirə), Petar Franyiç (Domjale, Sloveniya), Etiram Şahverdiyev (Sumqayıt).
Müqavilə müddəti uzadılanlar: Dmitri Bezotosnı, Voyislav Stankoviç.
İnter
Gələnlər: Yoxdu.
Gedənlər: Ağabala Ramazanov (Qarabağ), Ruslan Abışov (Neftçi).
Müqavilə müddəti uzadılanlar: Yoxdu.
Sumqayıt
Gələnlər: Sergey Çernışev (Drujba, Rusiya), Fərhad Qıstarov (OİK, Rusiya), Ehtiram Şahverdiyev (Qəbələ).
Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov, Amit Quluzadə (AEL, Yunanıstan).
Müqavilə müddəti uzadılanlar: Yoxdu.
Zirə
Gələnlər: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev (Qəbələ), Akim Latifu (Alanyaspor, Türkiyə), Ben Sanqare (Sedan, Fransa).
Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev (Şəmkir), İsa Cəbiyev (Şəmkir), Yasin Həmid, Gerhard Proqni (Teuta, Albaniya).
Müqavilə müddəti uzadılanlar: Yoxdu.
Kəpəz
Gələnlər: Sahib Abbasov (Şəmkir).
Gedənlər: Yoxdu.
Müqavilə müddəti uzadılanlar: Yoxdu.
Neftçi
Gələnlər: Namiq Ələsgərov (Qarabağ), Georgi Navalovski (Veria, Yunanıstan), Zdenek Folprextlə (Slovan, Çexiya, icarə), İqnasio Errera (İrtış, Qazaxıstan), Kirill Petrov (Olimpik, Ukrayna), Pavel Dreksa (Siqma, Çexiya), Ruslan Abışov (İnter), Uqo Barqas (Bolivar, Boliviya).
Gedənlər: Eltun Yaqublu (Səbail, icarəyə), Orxan Qurbanlı (Səbail, icarəyə), Elşən Abdullayev (Qarabağ), Araz Abdullayev (Qəbələ), Jonas Pessalli (Parana, Braziliya), Denilson Pereyra (Qranada, İspaniya, icarədən qayıdıb), Dario Melnyak (Lokeren, Belçika, icarədən qayıdıb), Katalin Tira (Dunarea Kalaraşi, Rumıniya), Krşevan Santini, Vançe Şikov.
Müqavilə müddəti uzadılanlar: Boban Baykoviç.
AZAL
Gələnlər: Omeqa Roberts (Domje Srem, Serbiya), Tərlan Qasımzadə (Mil-Muğan), Arkadi Qalperin (TSK Tavriya, Rusiya), Baba Qullit.
Gedənlər: Mirzağa Hüseynpur (Səbail), Taqim Novruzov (Səbail), Qvanzav Maqomedov (Səbail), Ruslan Nəsirli (MOİK), Brayan Fok (Şanxay Şenxua, Çin, icarədən qayıdıb), Adan Koronado, David Canelidze, Fərhad Budaqov, Mahsun Qəmbərli, Rəşad Əzizli, Hossain Qolamit.
Müqavilə müddəti uzadılanlar: Yoxdu.
Fanat.Az